İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı

İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı
26.06.2026 02:00

Avstraliyada tanınmış illüzionist Deniel Hiddenin müəmmalı şəkildə yoxa çıxmasından sonra onun cəsədi tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Məlumata görə, 26 yaşlı illüzionist iyunun 14-də avtomobili və kemperi ilə Kvinslend ştatında istirahətə yollanıb. Səhər saatlarından etibarən onunla əlaqə kəsildikdən sonra narahat olan ailə üzvləri dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Fokusçuya məxsus nəqliyyat vasitəsi hadisədən iki gün sonra tapılsa da, özünün tapılması üçün 100-dən çox insanın cəlb olunduğu genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı keçirilib.

Hiddenin qalıqları iyunun 24-də Maunt-Kuqal milli parkının meşəlik ərazisində aşkar edilib. İllüzionistin qardaşı İlya Cəmşidi bildirib ki, Deniel tez-tez tək istirahətə getsə də, hər zaman ailəsi ilə əlaqədə olub, buna görə də telefonunun sönülü olması dərhal şübhə və həyəcan doğurub.

Polis ilkin araşdırmalardan sonra illüzionistin ölümünü şübhəli hesab etmədiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Qeyd edək ki, Deniel Hidden Avstraliyanın şərq sahillərində populyar idi, öz orijinal fokus nümayişləri və sosial media bloqları ilə minlərlə izləyici toplamışdı.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Bütün Xəbərlər