Hindistanda musson yağışları fəlakətə səbəb olub: 125 nəfər öldü

Hindistanda musson yağışları fəlakətə səbəb olub: 125 nəfər öldü
21.07.2025 13:57

Hindistanın Himaçal Pradeş ştatında 20 iyundan bəri davam edən güclü musson yağışları ciddi insan tələfatına və infrastruktur dağıntılarına yol açıb.

TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" kanalı məlumat yayıb.

Ştatın Fövqəladə Halların İdarə Olunması Mərkəzinin (SDMA) yaydığı açıqlamada bildirilir ki, yağan leysan yağışları nəticəsində baş verən daşqın, torpaq sürüşməsi və qəfil sel hadisələrində azı 70 nəfər həyatını itirib.

Bundan əlavə, həmin təbii fəlakətlərin törətdiyi yol qəzalarında da 55 nəfərin öldüyü qeyd olunub.

Rəsmi məlumata əsasən, yağıntılar nəticəsində 468 avtomobil yolu bağlanıb, 676 su təchizatı şəbəkəsində isə fasilələr yaranıb.

Xatırladaq ki, Cənubi Asiyada hər il iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda genişmiqyaslı fəlakətlərə və insan itkilərinə səbəb olur.

Töhfə Səməd

XƏBƏR LENTİ
12 AVQUST 2026
Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Bütün Xəbərlər