Hindistan ABŞ ilə 3 mərhələli ticarət sazişi imzalaya bilər

Hindistan ABŞ ilə 3 mərhələli ticarət sazişi imzalaya bilər
20.05.2025 12:47

Hindistan hakimiyyəti ABŞ ilə üç mərhələdə ikitərəfli ticarət sazişi bağlamağı gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Hindistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Birinci mərhələ ABŞ prezidenti Donald Trampın qarşılıqlı tariflərinin qüvvəyə minməli olduğu iyul ayına qədər Nyu Dehlinin əldə etməyi ümid etdiyi müvəqqəti razılaşma olacaq. O, çox güman ki, sənaye mallarının bazara çıxışı, bəzi kənd təsərrüfatı məhsulları və bəzi qeyri-tarif maneələrinin aradan qaldırılması kimi sahələri əhatə edəcək.

Agentliyin qeyd etdiyi kimi, danışıqlar hələ də davam edir və Tramp administrasiyasının ticarət sazişinin bağlanması üçün üç mərhələli prosesə razılıq verib-vermədiyi bəlli deyil.

Hindistanın Ticarət və Sənaye Naziri Piyuş Goyal hazırda Vaşinqtondadır və "X"ə bildirib ki, o, ABŞ-nin ticarət naziri Hovard Lutnik ilə ticarət müqaviləsinin birinci tranşının irəliləyişinə dair "yaxşı danışıqlar aparıb".

Hindistan-ABŞ razılaşmasının ikinci mərhələsi payızda əldə olunması gözlənilən daha geniş və ətraflı razılaşmalara gətirib çıxara bilər.

Vaxt Trampın QUAD (Hindistan, ABŞ, Yaponiya və Avstraliyanı əhatə edən Dördtərəfli Təhlükəsizlik Dialoqu) liderlərinin sammiti üçün Hindistana planlaşdırılan səfəri zamanı razılaşdırıla bilər.

Razılaşmanın yekun mərhələsi, çox güman ki, ABŞ Konqresinin təsdiqindən sonra qüvvəyə minəcək hərtərəfli saziş olacaq. Məsələ ilə tanış olan Hindistan rəsmiləri bildiriblər ki, ola bilsin ki, bu, gələn ilə qədər yekunlaşmasın.

Töhfə Səməd

XƏBƏR LENTİ
19 IYUN 2026
Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Bütün Xəbərlər