Gürcüstandan deportasiyalar başladı: 11 ölkənin vətəndaşları...

Gürcüstandan deportasiyalar başladı: 11 ölkənin vətəndaşları...
23.07.2025 14:39

Gürcüstanda son günlərdə 11 ölkədən olan 25 əcnəbi miqrasiya qaydalarını pozduğuna görə ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya prosesi Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər aidiyyəti qurumlarla yaxın koordinasiya şəraitində həyata keçirilib. Hazırkı qanunvericiliyə əsasən, deportasiya olunmuş şəxslərə ölkəyə giriş qadağan edilib.

Məlumata görə, ölkədən Misir, Türkiyə, Hindistan, İordaniya, İran, Nigeriya, Pakistan, Rusiya, Ermənistan və Çin vətəndaşları çıxarılıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Gürcüstan hakimiyyəti ölkədəki qeyri-qanuni miqrantlara qarşı mübarizəni sərtləşdirib və yoxlamaların intensivləşdirilməsi nəticəsində ölkədə qalma müddətindən sui-istifadə edən əcnəbilərin sayı artıb.

Bu ilin ilk 6 ayı ərzində Gürcüstandan ümumilikdə 525 əcnəbi deportasiya edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü il boyunca cəmi 219 əcnəbi ölkədən çıxarılmışdı. Bu isə artımın iki dəfəyə qədər yüksəldiyini göstərir.

Deportasiya sayına görə ilk sırada Hindistan və İran, ikinci yerdə Çin, üçüncü yerdə isə Türkiyə qərarlaşıb.

Qanunvericiliyə əsasən, əcnəbilərin deportasiya olunmasına həm Gürcüstan DİN-in Miqrasiya Departamenti, həm də məhkəmə qərar verir.

Deportasiya qərarı verilən şəxslərə 10 ilə 30 təqvim günü arasında ölkəni tərk etmək üçün vaxt verilir və bu xərcləri onlar özləri qarşılamalıdırlar. Əgər əcnəbilər bu müddət ərzində könüllü şəkildə Gürcüstanı tərk edərlərsə, onlara inzibati cərimə tətbiq olunur. Həmçinin, şəxs qoyulan müddətdə ölkəni tərk etməsə, deportasiya qərarı məcburi qaydada icra olunur.

Deportasiya edilmiş əcnəbilərə Gürcüstana 2 ildən 5 ilədək giriş qadağası tətbiq olunur. Lakin könüllü şəkildə ölkəni tərk edən şəxslərə bu qadağa şamil edilmir.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUN 2026
Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir 10:37 Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım 10:23 Neft bazarında zəifləmə davam edir - Birjalarda qiymətlər ürəkaçan deyil 10:13 Ermənistanda zəlzələ oldu 10:06 Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı 10:01 Türkmənistan Prezidenti Azərbaycanda dövlət səfərindədir 09:48 İspaniya DÇ tarixində unikal rekorda imza atdı 09:44 Starmer komandasını yığıb gedir - Britaniyada siyasi böhran 09:35 Ukraynadan növbəti zərbə – hədəf bu dəfə FSB oldu 09:36 İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək 09:19 Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO 09:11 Bütün Xəbərlər