Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB
31.05.2026 16:10

PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.

TodayPress TV "Sky News"a istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.

Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.

Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

xxx

UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var. Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.

"Le Figaro" qəzetinin məlumatına görə, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Rusiya pulları Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi 10:21 Çində güclü zəlzələ baş verdi 10:07 BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Bütün Xəbərlər