Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq"

Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq"
01.06.2026 16:41

İran və ABŞ arasında əldə olunan atəşkəs Livan da daxil olmaqla bütün cəbhələri əhatə edir və onun hər hansı istiqamətdə pozulması ümumi razılaşmanın pozulması kimi qiymətləndiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, atəşkəsin bir cəbhədə pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir. XİN rəhbəri mümkün nəticələrə görə ABŞ və İsrailin məsuliyyət daşıyacağını vurğulayıb.

Bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahunun Livanın paytaxtı Beyrutun ətrafındakı Dahia bölgəsinə zərbə endirilməsi barədə göstəriş verməsindən sonra səsləndirilib. Netanyahu və müdafiə naziri İsrael Katzın İsrail Müdafiə Qüvvələrinə müvafiq əmr verdiyi bildirilir.

ABŞ İsrail və Livana yeni atəşkəs təşəbbüsü təqdim edib. Təklifə əsasən, ilk mərhələdə “Hizbullah” İsrailə qarşı bütün hücumları dayandırmalı, bunun qarşılığında isə İsrail Beyrutda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir.

Qeyd edək ki, mayın 31-də Benyamin Netanyahu İsrail ordusunun Livandakı əməliyyatlarını genişləndirəcəyini açıqlamış, hərbi kampaniyanın daha uzun sürəcəyini, lakin ölkənin şimalında təhlükəsizliyin bərpa olunacağını bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı 16:44 Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Bütün Xəbərlər