Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqladı

Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqladı
04.04.2026 23:20

İranın Buşehr nüvə elektrik stansiyasına hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur.

TodayPress TV xəbər verir ki, bu, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda qeyd olunub.

"Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur və bu addım cavabsız qalmamalıdır", - deyə o bildirib.

Əraqçi əlavə edib ki, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri bombardman olunub:

"1 martda Natanz nüvə obyekti iki dəfə hücuma məruz qalıb. 17 martda Buşehr nüvə stansiyasından cəmi 350 metr aralıda yerləşən bir tikiliyə hücum edilib. 21 martda Natanz nüvə obyektinin bir neçə nöqtəsi bombardman olunub. 24 martda Buşehr nüvə stansiyasının ətrafına bir mərmi düşüb. 27 martda Buşehr nüvə stansiyası üçüncü dəfə hücuma məruz qalıb. 27 martda Xondabdakı ağır su istehsalı zavoduna zərbələr endirilib. Həmin gün uran emalı obyekti də atəşə tutulub. Buşehr nüvə stansiyasına təkrar hücumlar İranı narahat edir. Bu hücumların aktiv nüvə obyektinə yaxınlığı ciddi radioloji yayılma təhlükəsi yaradır".

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Bütün Xəbərlər