Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB

Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB
28.06.2026 13:23

ABŞ İsrailin Livana hücumlarını dayandırmağa və atəşkəsi təmin etməyə borcludur.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Anlaşma memorandumunun birinci bəndinə əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə tamamilə dayandırılmalıdır", - o xatırladıb.

Əraqçi İsralin Livana hücumlarının davam etdiyini təəssüflə qabardıb: "Bununla belə, memorandumda qəbul edilmiş öhdəliklərə əsasən, bu təcavüzlərin dayandırılması, atəşkəsin bərqərar olması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması üçün birbaşa məsuliyyət ABŞ hökumətinin üzərinə düşür".

Bundan başqa, o, F. Hüseynin Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının üzvləri, İran və İraq arasında səkkiztərəfli danışıqların keçirilməsi təklifini alqışlayıb və bu məsələdə Bağdadla əməkdaşlığa hazır olduqlarını bəyan edib.

xxx

İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.

TodayPress TV  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", - o bildirib.

Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
İsraildən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR 14:52 Deputatlarımız Ukraynaya səfər edəcəklər 14:48 Sabah çimərliklərdə hava necə olacaq? 13:39 ABŞ bazalarına milyardlıq zərər: İsrail yeni hərbi mərkəz ola bilər 13:37 Serbiya Ordusu yeni vasitələrini təqdim etdi 13:34 Təhlükəli motosiklet sürücüsünü polis saxladı 10:22 Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqladı 11:26 Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB 12:08 Meksika vətəndaşlarını Venesueladan təxliyə edir 11:42 Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi 13:02 Luka Modriç mundiallar tarixinə düşdü 11:39 Sabah hava necə olacaq? - PROQNOZ 12:39 Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını pislədi 12:17 SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi 10:48 FHN silsilə maarifləndirmə tədbirlər keçirdi 11:29 Messi DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı bombardiri oldu 11:20 İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqladı 10:11 BMT TŞ-nin təcili iclası çağırıldı 11:14 Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür 10:08 Bakıda Məsciddə görünməmiş olay: Rafel Fiziyevin döyüşünü izlədilər - VİDEO 10:51 Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi 10:04 Fransada istilərin ağır nəticəsi: Morqlarda yer qalmadı 10:01 ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər" 10:05 İran XİN: ABŞ-nin hava hücumları razılaşmaların açıq pozuntusudur 09:56 DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşdi 09:53 Bütün Xəbərlər