Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ

Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ
03.07.2026 13:38

Suriya Prezidenti Əhməd əş-Şaraa keçid dövründə fəaliyyət göstərəcək yeni parlamentin tərkibini formalaşdırmaq çərçivəsində tanınmış aktrisa Rozina Lazkanini deputat təyin edib.

TodayPress TV xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Məlumata görə, 210 yerlik Xalq Məclisinin 70 üzvü birbaşa prezident tərəfindən təyin olunub. Həmin şəxslər arasında 36 yaşlı aktrisa Rozina Lazkani də yer alır.

Lazkani xüsusilə "Al-Hayba" serialındakı rolu ilə tanınır. O, təyinatdan sonra sosial media hesabında paylaşım edərək Prezident Əhməd Şaraya təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Qeyd edək ki, Rozina Lazkaninin bundan əvvəl hər hansı siyasi və ya dövlət vəzifəsində çalışdığı məlum deyil.

Prezidentin təyin etdiyi 70 nəfər arasında vətəndaş müharibəsi qurbanlarının yaxınları, keçmiş məhbuslar və əvvəlki hakimiyyət dövründə kimyəvi hücumlardan sağ çıxan şəxslər də yer alıb.

Təyin olunan 70 deputatdan 15-i qadındır. Seçki komissiyası tərəfindən müəyyən edilən daha 6 qadın deputatla birlikdə parlamentdə qadın təmsilçilərinin sayı 21-ə çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - VİDEO 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Bütün Xəbərlər