Çində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir

Çində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir
09.06.2026 04:00

Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.

TodayPress TV  "Sinxua" agentliyinə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi Yantszı çayında yükdaşımaların həcminin artması ilə bağlıdır. Dünyanın uzunluğuna görə üçüncü, Çinin isə ən böyük çayı olan Yantszıda gəmiçilik imkanlarının genişləndirilməsi planlaşdırılır.

Çin Dövlət Şurasının sədr müavini Din Syuesyan Hubey əyalətinin İçan şəhərində keçirilən mərasimdə "San Sya" ("Üç Dərə") adlı yeni su yolunun tikintisinə rəsmi start verib. Dəyəri 77.2 milyard yuan (təxminən 11.3 milyard dollar) olan layihə çərçivəsində mövcud "Üç Dərə" bəndinin şimal hissəsində beşsəviyyəli və iki xəttli gəmi şlüzü tikiləcək. Bundan əlavə, çayın aşağı axarında yerləşən kiçik bənddəki gəmiçilik qurğuları da modernləşdiriləcək.

Layihə başa çatdıqdan sonra "Üç Dərə" sisteminin illik yükötürmə qabiliyyəti demək olar ki, iki dəfə artaraq 336 milyon tona çatacaq.

TodayPress TV  

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər