“Qızıl Qübbə” : ABŞ-nin görünməmiş Kosmik Qalxanını kim quracaq?

“Qızıl Qübbə” : ABŞ-nin görünməmiş Kosmik Qalxanını kim quracaq?
22.05.2025 18:00 Dünya

ABŞ Müdafiə naziri Pit Heqset prezident Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Qızıl Qübbə” (Golden Dome) adlı yeni nəsil raketdən müdafiə sisteminə dair təfərrüatları açıqlayıb. Sistemin məqsədi ABŞ ərazisini orbitdən idarə olunan peyk şəbəkəsi vasitəsilə mümkün raket hücumlarından qorumaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Heqsetin sözlərinə görə, layihə üç il ərzində tamamlana bilər və təxminən 175 milyard dollara başa gələcək. Lakin Konqresin Büdcə Komitəsinin hesablamalarına əsasən, proqramın dəyəri 524 milyard dolları keçə və 20 ilə qədər vaxt tələb edə bilər.

Kosmik və müdafiə sənayesi nəhəngləri — “Lockheed Martin”, “Boeing” və “SpaceX” artıq layihəyə maraq göstəriblər. Məlumata görə, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” artıq sistemin əsas komponentlərinin hazırlanması üçün müraciət edib. Şirkətin partnyorları sırasında Palantir (proqram təminatı) və Anduril (pilotsuz sistemlər istehsalçısı) da yer alır.

Eyni zamanda, bu şirkətlər “Qızıl Qübbə”dən asılı olmayaraq, Trampa minlərlə müdafiə və 200-ə yaxın zərbə peykindən ibarət ayrıca hərbi peyk qrupu yaratmağı təklif etmişdilər.

Bununla yanaşı, 42 demokrat konqresmen Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayaraq “SpaceX”in layihədə iştirakı zamanı maraqlar toqquşması riskinə diqqət çəkiblər. Onlar İlon Maskın ABŞ-nin milli təhlükəsizliyi üzərində həddən artıq təsir gücü əldə etməsindən narahat olduqlarını bildiriblər.

Buna baxmayaraq, Pentaqon obyektiv texniki göstəricilər əsasında layihənin həyata keçirilməsi üçün “SpaceX”i seçə bilər. Şirkət artıq hərbi və kəşfiyyat qurumları üçün yüzlərlə peyk buraxıb, hazırda 8000-dən çox “Starlink” peykini idarə edir və ABŞ-də ən etibarlı buraxılış qabiliyyətinə malikdir. Alternativ daşıyıcı raketlər — “Vulcan Centaur” və “New Glenn” hələ yeni tətbiq olunur.

Layihə beynəlxalq aləmdə də ciddi rezonans doğurub. Çin Xarici İşlər Nazirliyi artıq rəsmi bəyanat verərək ABŞ-ni bu təşəbbüsdən imtina etməyə çağırıb. Pekin bildirir ki, bu addım “kosmosun hərbiləşdirilmə riskini artırır, silahlanma yarışını alovlandırır və beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Bütün Xəbərlər