Britaniyada qadın hərbçilərin formalarındakı "səhv düymələr" gündəm oldu

Britaniyada qadın hərbçilərin formalarındakı "səhv düymələr" gündəm oldu
13.05.2026 07:00

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri sinə hissəsindəki düymələrin "səhv yerləşdirilməsi" səbəbindən qadın hərbçilər üçün yeni formaların hazırlanmasına 200 min funt-sterlinqədək vəsait xərcləməyi planlaşdırır.

TodayPress TV bildirir ki, bu barədə "The Times" nəşri qurumun daxili sənədinə istinadən məlumat yayıb.

Məlumata görə, sənəddə "köhnə üslub" rəsmi geyim formasının yenisi ilə əvəz olunmasının zəruri olduğu qeyd edilib və xərclərin dövlət hesabına qarşılanacağı bildirilib.

Hazırkı formada iki düymədən ibarət dörd sıra mövcuddur. Yeni variantda isə bütün düymələrin daha aşağı hissədə yerləşdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, 950-dən çox qadın zabit yeni forma ilə təmin olunacaq.

Nəşrin yazdığına görə, Kral Donanmasının sənədində qadın zabitlər üçün nəzərdə tutulmuş köhnə 1 nömrəli geyim formasında yuxarıdakı iki "dekorativ" düymənin yerləşməsinin uyğun hesab edilmədiyi vurğulanıb.

Yeni model geyim formasının iki mərhələdə - bu ilin sentyabrında və gələn ilin fevralında istifadəyə verilməsi planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Bütün Xəbərlər