Böyük Britaniya rus diplomatın akkreditasiyasını ləğv etdi

Böyük Britaniya rus diplomatın akkreditasiyasını ləğv etdi
02.02.2026 18:30

Böyük Britaniya rus diplomatın akkreditasiyasını ləğv edib.

TodayPress TV xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb. 

Britaniya hökumətinin açıqlamasında deyilir: "Rusiyanın Britaniya diplomatik nümayəndəliklərinin fəaliyyətinə müdaxilə etməyə və Ukraynaya dəstəyimizə mane olmağa çalışması dərin məyusluq doğurur. Rusiyanın bundan sonrakı hər hansı hərəkəti eskalasiya kimi qiymətləndiriləcək və müvafiq şəkildə cavablandırılacaq."

Qeyd edək ki, yanvarın ortalarında Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Britaniya səfirliyinin İnzibati və İqtisadi Departamentinin ikinci katibi Qaret Samuel Deyvisin ölkədən çıxarıldığını elan etmişdi.

FSB onun əslində Britaniya kəşfiyyat xidmətlərinin əməkdaşı olduğunu bildirmişdi. Böyük Britaniya isə bu ittihamları rədd edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Bütün Xəbərlər