Böyük Britaniya dronları vurmaq səlahiyyəti veriləcək

Böyük Britaniya dronları vurmaq səlahiyyəti veriləcək
20.10.2025 13:16

Böyük Britaniya hərbçilərinə ölkə ərazisindəki hərbi bazalara təhlükə yaradan dronları vurmaq üçün yeni səlahiyyətlər veriləcək.

TodayPress TV “Daily Telegraph”a istinadla xəbər verir ki, yeni qaydalar hərbçilərə təcili vəziyyətlərdə daha sürətli və qəti addımlar atmaq imkanı yaradacaq.

Son 1 ildə Amerika Birləşmiş Ştatları qüvvələrinin istifadə etdiyi 4 Britaniya aviabazasında naməlum dronların göründüyü barədə məlumatlar yayılıb. Həmçinin son aylarda Avropanın müxtəlif ölkələrində dronların hava məkanını pozması ilə bağlı hadisələr artıb.

Yeni səlahiyyətlər yalnız hərbi obyektlərə aid olacaq, lakin gələcəkdə bu qaydaların mülki obyektlərə, məsələn, hava limanlarına da şamil edilə biləcəyi istisna olunmur. “Kinetik seçim” adlanan yeni mexanizm çərçivəsində Britaniya hərbçiləri və Müdafiə Nazirliyinin polisi hərbi obyektlərə təhlükə yaradan dronları vurmaq hüququ qazanacaq.

Hazırda qüvvədə olan prosedur yalnız dronların istiqamətini dəyişdirməyə və ya GPS siqnallarını pozmağa icazə verir. Naməlum dronun vurulması isə yalnız fövqəladə hallarda mümkündür.

Son aylarda Avropa İttifaqı ölkələrində də dron fəaliyyətinin artması səbəbindən Danimarkada ittifaqa daxil olan ölkələrin liderlərinin fövqəladə sammiti keçirilib. Bir neçə üzv dövlət Rusiyadan gələn dronların operativ şəkildə aşkarlanması, izlənməsi və məhv edilməsi üçün çoxsəviyyəli “dron divarı” layihəsini dəstəkləyib.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi 20:33 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Bütün Xəbərlər