Antarktida ilə bağlı QORXUNC PROQNOZ

Antarktida ilə bağlı QORXUNC PROQNOZ
12.05.2026 06:00

Antarktidadakı şelf buzlaqlarının ərimə sürəti proqnozlaşdırılandan daha yüksək ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə yeni araşdırma "Nature Communications" jurnalında dərc olunub.

Tədqiqatçıların xəbərdarlığına görə, Antarktida şelf buzlaqlarının zəifləməsi və ya tamamilə dağılması nəhəng buz kütlələrinin okeana qarışması prosesini sürətləndirə bilər. Hazırda həmin buzlaqlar qoruyucu qalxan funksiyasını yerinə yetirərək giqatonlarla buzu özündə saxlayır.

Layihənin rəhbərlərindən biri olan Tsin Çjou "Daily Mail" nəşrinə müsahibəsində bildirib ki, bunun ən böyük qlobal nəticəsi dəniz səviyyəsinin yüksəlmə prosesinin sürətlənməsi olacaq.

"Antarktida gələcəkdə dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola biləcək ən böyük potensial mənbəni özündə birləşdirir", - deyə o qeyd edib.

Mütəxəssislərin fikrincə, ən pis ssenari reallaşarsa, milyonlarla insan daşqınların qurbanına çevrilə bilər. Buz qalxanı qoruyucu xüsusiyyətini itirərsə, dəniz səviyyəsinin nəzəri olaraq 58 metrə qədər yüksəlməsi ehtimal olunur.

Bir müddət əvvəl alimlər Antarktida buzlaqları ilə bağlı bədbin proqnozlar da səsləndirmişdilər. "The Times of India" qəzetinin məlumatına görə, qitənin bəzi əraziləri artıq təhlükəli həddə çatıb və buzlaqların geriləməsi kritik mərhələyə qədəm qoyub.

Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi ilə mübarizə aparılsa belə, bəzi bölgələrdə buzların əriməsi yüzilliklər boyu davam edə bilər.


TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bütün Xəbərlər