Almaniya hərbi peyk şəbəkəsi yaratmağı planlaşdırır

Almaniya hərbi peyk şəbəkəsi yaratmağı planlaşdırır
05.02.2026 01:00

Berlin kosmosda artan təhlükələr fonunda müdafiə qabiliyyətini gücləndirmək üçün “Satcom Stufe 4” adlı hərbi peyk şəbəkəsi yaratmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyinə müsahibəsində general Mixail Traut məlumat verib. 

Onun sözlərinə görə, layihə 100-dən çox peykin yaradılmasını nəzərdə tutur və ümumi dəyəri 35 milyard avro olan genişmiqyaslı yenidən silahlanma proqramının tərkib hissəsidir.  

Bildirilib ki, təşəbbüsün əsas məqsədi kosmosda Rusiyadan və Çindən artan təhdidlər şəraitində Almaniyanın müdafiə imkanlarını möhkəmləndirməkdir. 

Mixail Traut qeyd edib ki, bu planlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kosmosda rəqabətin və gərginliyin kəskin şəkildə artması ilə bağlıdır. O vurğulayıb ki, kosmos getdikcə potensial döyüş zonasına çevrilir. 

O, eyni zamanda vurğulayıb ki, Almaniya orbitdə kosmik tullantı yarada biləcək hər hansı dağıdıcı silah yerləşdirməyi planlaşdırmır. 

“DW” nəşrinin məlumatına əsasən, proqram çərçivəsində kəşfiyyat peyklərinə, kosmik uçan aparatlara və lazer silah sistemlərinə investisiyalar nəzərdə tutulur. Bu tədbirlər Almaniyanın kosmosda hərbi əməliyyatlar aparmaq imkanlarının genişləndirilməsinə xidmət edir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Qarabağ” - “Şamaxı” matçında hesab bərabərləşdi - CANLI 19:41 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 Bütün Xəbərlər