Allah keşişləri qorumadı - 8 dindar öldü

Allah keşişləri qorumadı -  8 dindar öldü
03.07.2026 15:06

Tailandın şimal-şərqində yerləşən Mukdahan əyalətində 11 yaşlı uşağın idarə etdiyi pikap avtomobilin buddist rahiblərin dini yürüşünə çırpılması nəticəsində 8 rahib həlak olub, çox sayda insan yaralanıb.

TodayPress TV xəbər verir ki, yerli polis və səhiyyə orqanlarının məlumatına görə, hadisə paytaxt Banqkokdan təxminən 600 kilometr şimal-şərqdə baş verib.

Təxminən 30 buddist rahib və onları müşayiət edən mülki şəxslər ziyarət yürüşü çərçivəsində yolun kənarı ilə hərəkət edərkən idarəetmədən çıxan avtomobil onların arasına girib. Qrup hadisədən təxminən yarım saat əvvəl Ubon Ratçathani əyalətinə doğru 260 kilometrlik yürüşə başlamışdı.

Polisin bildirdiyinə görə, 5 rahib hadisə yerində, daha 3 nəfər isə xəstəxanada həyatını itirib. Daha 4 rahibin vəziyyəti ağır olaraq qalır. Bundan əlavə, 10 nəfər ağır, çox sayda şəxs isə yüngül xəsarətlərlə müalicə olunur.

İlkin məlumata əsasən, 11 yaşlı uşaq ailəsinə məxsus avtomobili icazəsiz götürüb və idarəetməni itirərək yürüş iştirakçılarını vurub.

Uşaq polis tərəfindən nəzarətə götürülüb. Onun ifadəsinin uşaq müdafiəsi əməkdaşlarının iştirakı ilə alınacağı bildirilib.

Əhalisinin böyük hissəsi buddist olan Tailandda rahiblər cəmiyyətdə böyük hörmətə malikdir və mütəmadi olaraq dini yürüşlər təşkil edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Bütün Xəbərlər