ADB Azərbaycanda universal səhiyyə əhatəsini dəstəkləməyi planlaşdırır

ADB Azərbaycanda universal səhiyyə əhatəsini dəstəkləməyi planlaşdırır
19.11.2025 21:50

Asiya İnkişaf Bankı (ADB) "Universal səhiyyə əhatəsinin (UHC) UHC PEERS bilik və resurs mübadiləsi şəbəkəsi vasitəsilə dəstəklənməsi" adlı regional layihəyə texniki yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir.

TodayPress TV  xəbər verir ki, bu barədə ADB məlumat yayıb.

Layihə Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edir. 495 min ABŞ dolları məbləğində vəsaitin Xüsusi Texniki Yardım Fondu vasitəsilə ayrılması planlaşdırılır.

Layihə region ölkələrinin universal səhiyyə əhatəsinə doğru irəliləmək səylərinin dəstəklənməsinə yönəlib. Təşəbbüs çərçivəsində ADB dövlət siyasəti sahəsindəki mütəxəssislərdən və praktiklərdən ibarət şəbəkə yaradacaq. Bu şəbəkə səhiyyə sahəsində təcrübə mübadiləsi və həll yollarının birgə hazırlanması ilə məşğul olacaq.

Texniki yardımda aşağıdakı iş istiqamətləri nəzərdə tutulub: region ölkələrində və onun xaricində UHC-nin tətbiqi üzrə qabaqcıl təcrübə və bilik bazasının formalaşdırılması; səhiyyə üçün gender yönümlü rəqəmsal alətlər də daxil olmaqla həll yollarının hazırlanması; ölkələr arasında bərabər şərtlərlə təcrübə mübadiləsinə dəstək; özəl sektorun iştirakı da daxil olmaqla şəbəkələr və peşəkar alyanslar vasitəsilə potensialın birgə artırılması; bilik mübadiləsi üçün onlayn platformaların yaradılması.

Universal səhiyyə əhatəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edilməsinə baxmayaraq, Asiya və Sakit Okean regionunun bir çox dövlətləri hələ də UHC-yə nail olmaqda geridədir. Regionda əhatə indeksi 2000-2021-ci illərdə 45 bənddən 68 bəndə qədər artsa da, irəliləyiş nəzərəçarpacaq dərəcədə yavaşlayıb: 2015-ci ildən 2021-ci ilədək cəmi 3 bənd artım olub, 2019-cu ildən sonra isə artım dayanıb.

Əsas problemlər sırasında qeyri-formal sektordakı işçilərin əhatə səviyyəsinin aşağı olması; xidmətlərin keyfiyyətinin təmin edilməsi; dələduzluğun qarşısının alınması; təchizatçılara ödəniş sistemlərinin islahatı; rəqəmsal texnologiyalar və süni intellektin zəif istifadəsi; əhalinin birbaşa xərclərinin yüksək payı - bir çox ölkələrdə 40 %-dən artıq; səhiyyəyə ayrılan orta xərclərin az olması (ÜST-ün tövsiyəsi əsasında minimum 86 dollara qarşı adambaşına təxminən 40 dollar) yer alır.

"COVID-19 pandemiyası vəziyyəti daha da mürəkkəbləşdirib: 2021-ci ildə ölkələrin 92 %-də əsas tibbi xidmətlərdə pozuntular yaranıb, 25 milyon uşaq isə tam peyvənd olunmayıb. Daha dayanıqlı UHC sistemlərinə malik olan ölkələr böhrandan daha asanlıqla çıxıblar", - bank vurğulayır.

ADB özəl sektorun fəal şəkildə cəlb edilməsinin zəruriliyini qeyd edir. Rəqabətlə bağlı narahatlıqlara baxmayaraq, özəl strukturların iştirakı dayanıqlı səhiyyə sistemlərinin mühüm elementi hesab olunur. Texniki yardım çərçivəsində ölkələr UHC-nin işlənməsi və tətbiqi, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin təmin edilməsi ilə bağlı məsləhətlər, eləcə də regional bilik platformasına giriş əldə edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Bütün Xəbərlər