ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir

ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir
25.06.2026 21:00

ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı hərbi əməliyyatda istifadə olunmaq üçün Böyük Britaniyanın Ferford ön xətt aviabazasında yerləşdirilən "B-1B Lancer" və "B-52H Stratofortress" strateji bombardmançı təyyarələrini tədricən geri çəkməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Fairford Movements" portalı məlumat yayıb. 

Ötən həftənin sonu ilə müqayisədə, Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması fonunda, aviabazadakı təyyarələrin sayı 24-dən 18-ə düşüb.

Bununla belə, britaniyalı müşahidəçilər bu vəziyyətin bombardmançıların rotasiyası ilə bağlı ola biləcəyini və geri çağırılanların əvəzinə yeni təyyarələrin gələcəyini də istisna etmirlər.

Hazırda Ferford aviabazasında 11 ədəd "B-1B Lancer" ağır bombardmançı və yeddi ədəd "B-52H Stratofortress" təyyarəsi yerləşdirilib. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı bu tipli təyyarələrdən ölkənin ən mühüm obyektlərinə, xüsusən də ballistik raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) qorunan yerləşmə, saxlanma və istehsal sahələrinə zərbələr endirmək üçün istifadə olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Messi-Ronaldo dueli qapıda: Hər şey son turdan asılıdır 21:53 Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı 21:53 Azərbaycanda DƏHŞƏT: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı 21:08 Çin enerji sahəsində yeni rekorda imza atdı - 4 milyard... 21:14 Bu rayonda qaz OLMAYACAQ 20:12 ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı 21:04 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ 20:19 Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI 21:02 ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir 20:58 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla danışdı 20:54 Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı 20:44 Fransanın enerji nəhəngi iki atom reaktorunu dayandırdı - Səbəb... 19:53 Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq? 20:30 "Qarabağ" onunla müqavilə imzaladı 20:16 Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi 20:25 Ermənistan parlamentində dəyişiklik - Yeni sədr kim olacaq? 19:44 Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü 20:07 Muxtar Babayev Antonio Quterreş ilə görüşüb 19:46 Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı 19:34 Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik 19:29 Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır 19:03 Bütün Xəbərlər