ABŞ İran milli komandasının üzvlərinə viza vermədi

ABŞ  İran milli komandasının üzvlərinə viza vermədi
06.06.2026 11:40

ABŞ İran milli komandasının bütün futbolçularına viza versə də, komandanın bəzi müşayiətçi üzvləri və məsul şəxsləri viza ala bilməyib.

TodayPress TV xəbər verir ki, "Tasnim”in məlumatına əsasən, komanda meneceri Mehdi Məhəmmədnəbi, İran Futbol Federasiyasının baş katibi Hedayət Məmbini, İran milli komandasının icraçı direktoru Mehdi Xərati və daha 6 nəfər ABŞ vizasını ala bilməyən şəxslər sırasındadır.

Bu gün, həmçinin bəzi xəbər mənbələri İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın ABŞ tərəfindən verilən viza müraciətinin rədd edildiyini yazıb.

“Tasnim”in məlumatına görə, həmin şəxslərin İran milli futbol komandası ilə birlikdə Meksikaya getməsi planlaşdırılır və viza alınması üçün səylər davam edir.

Qeyd edək ki, İran milli futbol komandası bu gün Antalyadan Meksikanın Tixuana şəhərinə yola düşərək, 2026-cı il dünya çempionatında iştirak üçün Meksikada təlim-məşq toplanışı keçirməlidir.

İran milli komandası 2026-cı il dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə mübarizə aparacaq. Komanda qrup mərhələsində oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.

Jalə Rövşən

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Bütün Xəbərlər