ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı

ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı
21.06.2026 17:18

ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib.

"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", - deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.

Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir".

İshaq Dar əlavə edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını müzakirə edir.

Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Bütün Xəbərlər