ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir ?

ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir ?
07.07.2026 09:58

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğu barədə məlumat verə bilər.

TodayPress TV   xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Trampın bu qərarı hansı mexanizmlə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 satışına qoyduğu məhdudiyyəti necə aradan qaldıracağı hələlik məlum deyil.

ABŞ administrasiyasındakı mənbələr hesab edirlər ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı proses liderlər arasında rəsmi məktub mübadiləsi yolu ilə başlaya bilər.

Qəzet qeyd edir ki, Tramp iyulun 7-də NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Bununla yanaşı, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin son anda mövqeyini dəyişə biləcəyini də istisna etmirlər.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını əsas gətirərək Ankaranı F-35 proqramından çıxarmışdı. Vaşinqton həmin vaxt Türkiyənin həm S-400, həm də F-35 sistemlərindən istifadə etməsinin qırıcıların texniki xüsusiyyətləri barədə məlumatların əldə olunmasına səbəb ola biləcəyini bildirmişdi.

İyunun sonunda Euractiv portalı ABŞ-ın Türkiyə S-400 sistemlərindən imtina edəcəyi təqdirdə F-35 satışını yenidən nəzərdən keçirə biləcəyini yazmışdı. Məlumata görə, variantlardan biri həmin sistemlərin Rusiyaya qaytarılmadan üçüncü ölkəyə satılmasıdır.

Qeyd olunur ki, İsrail və Yunanıstan da Türkiyəyə F-35 təyyarələrinin verilməsinə qarşı çıxırlar. Hər iki ölkə hesab edir ki, bu addım regiondakı hərbi qüvvələr balansını dəyişə bilər.

XƏBƏR LENTİ
07 IYUL 2026
Messi iki rekorda imza atdı 22:58 Türkiyə alyansın “Cənub qalxanı” olmaq istəyir 22:47 ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk 22:30 Sabah UEFA ÇL-dəki matçında qələbə qazandı 22:12 DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ 20:03 Makron Ərdoğanın arvadının əlini öpmək istədi, “arzusu ürəyində qaldı” - VİDEO 21:55 “Firon”lar “qızıl”lara qol vurdu, amma qiyməti olmadı 21:32 İran dronları gəmilərə yaxınlaşdı, ABŞ müdaxilə etdi 21:22 “Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Bütün Xəbərlər