ABŞ-də pilotsuz yük gəmisi layihələndirildi

ABŞ-də pilotsuz yük gəmisi layihələndirildi
27.12.2025 20:30

Dəniz robototexnikası sahəsində ixtisaslaşan ABŞ-nin “Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24 metr olan qeyri-adi pilotsuz yük gəmisinin hazırlanmasını yekunlaşdırır.

TodayPress TV “Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, bunun üçün gəmi karbon kompozitindən hazırlanmış iki ədəd qatlanan sərt qanadla təchiz ediləcək. Qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli olacaq. Gəmi insanın minimal iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.

Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib. Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.

Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.

Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 Bütün Xəbərlər