ABŞ bəzi gömrük rüsumlarını dayandıracaq

ABŞ bəzi gömrük rüsumlarını dayandıracaq
23.02.2026 11:38

ABŞ hakimiyyəti 24 fevral tarixindən etibarən müəyyən mallara tətbiq olunan əlavə rüsumları dayandıracaq.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Aşağıdakı İcra Sərəncamları ilə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində tətbiq edilmiş rüsumlar, bütün düzəliş və dəyişikliklər nəzərə alınmaqla, 24 fevral 2026-cı il tarixində Şərq vaxtı ilə saat 00:00-dan etibarən istehlak üçün idxal edilən və ya istehlak məqsədilə anbardan buraxılan mallara şamil edilməyəcək və artıq tətbiq olunmayacaq”.

Siyahıya, digər sənədlərlə yanaşı, 6 avqust 2025-ci il tarixli “Rusiya Federasiyası hökuməti tərəfindən ABŞ-yə qarşı təhdidlərin qarşısının alınması tədbirləri haqqında” prezident fərmanı da daxildir. Həmin fərman çərçivəsində ötən ilin avqustunda Rusiya neftinin alınmasına görə Hindistana 25 faiz əlavə rüsum tətbiq edilmişdi.

Bundan əlavə, aşağıdakı tariflərin tətbiqi də dayandırılır:

– şimal sərhədindən qanunsuz narkotik qaçaqmalçılığına qarşı mübarizə məqsədilə tətbiq olunan rüsumlar;

– cənub sərhədindəki problemlərlə bağlı tədbirlər çərçivəsində tətbiq edilən tariflər;

– Çindən gələn opioid tədarük zəncirləri ilə mübarizəyə yönəlmiş rüsumlar;

– Venesueladan neft idxal edən ölkələrə qarşı tətbiq edilən tariflər;

– idxalı tənzimləmək məqsədilə, eləcə də Braziliya tərəfindən “təhdidlər”lə əlaqədar Braziliyaya qarşı tətbiq edilən rüsumlar.

Bununla yanaşı, digər rüsumlar qüvvədə qalır. "Reuters"in qeyd etdiyi kimi, dərc olunmuş siyahıya əvvəllər ABŞ Ali Məhkəməsi tərəfindən qanunsuz hesab edilən bəzi rüsumlar da daxildir.

Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində digər ölkələrə qarşı idxal tarifləri tətbiq etmək səlahiyyətini həddindən artıq genişləndirdiyinə qərar verib. Bununla belə, məhkəmə daha əvvəl tariflər üzrə ödənilmiş vəsaitlərin geri qaytarılıb-qaytarılmaması məsələsinə aydınlıq gətirməyib.

Xatırladaq ki, fevralın 21-də Vaşinqton administrasiyası ABŞ-yə idxal olunan məhsullara tətbiq edilən qlobal tariflərin 10 faizdən 15 faizə qaldırıldığını elan edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Bütün Xəbərlər