Çempionlar Liqası: Missiya tamamlandı

Çempionlar Liqası: Missiya tamamlandı
28.08.2025 09:42 UEFA

“Qarabağ” 8 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yeni tarix yazdı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlmişdi. 

TodayPress TV xəbər verir ki, indi yenə Çempionlar Liqasındayıq. Dünyanın ən populyar idman növünün nəhəng klublarının toplaşdığı “nəhənglər liqasında”. 

Bu dəfə Çempionlar Liqasının Liqa mərhələsi nəhəngləri ilə top oynadaraq yenə kimliyimizi ortaya qoyacağıq. 

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın favoriti hesab olunurdu. Səfərdə 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın Bakıda da qalib gələcəyi gözlənilirdi. Amma minimal hesablı məğlubiyyət və ya heç-heçə də “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinə daşıyacaqdı. Pley-off mərhələsinin cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşsa da, sonda sevinən yenə “Qarabağ” oldu. 

Xatırladaq ki, Macarıstan millisinin hücumçusu Martin Adam cavab görüşündə hansı amillər həlledici ola bilər sualını ilk qol həlledici olacaq deyə cavablandırmışdı. O, əgər “Qarabağ” qol vurarsa, demək olar ki, hər şey bitəcək. Amma ilk qolu “Ferentsvaroş” vura bilsə, onda hər şey yenidən başlayacaq. Səbirli olmaq vacibdir. “Ferentsvaroş” hücum etməli olacaq, amma eyni zamanda müdafiədə çox boşluq verməməlidir. Çünki “Qarabağ”ın sürətli və texniki cəhətdən güclü hücumçuları bundan dərhal istifadə edirlər. Bu, çox böyük və çətin tapşırıqdır, amma mümkünsüz deyil deyə cavablandırmışdı. 

Böyük tarixə malik “Qarabağ” çətin tapşırığın öhdəsindən layiqincə gələrək xəyalları gerçəkləşdirdi. 

Qurban Qurbanovlu “Qarabağ” sözün əsil mənasında  təkcə Avropanı deyil, oyunlar başlamazdan əvvəl bu nə heyətdi, bu heyətlə ancaq bir mərhələ keçərik deyən bəzi yerli mütəxəssisləri də bir göz qırpımında 3 mərhələ keçib Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməklə təəccübləndirdi. Ötən il olan uğursuzluğa sevinən bəziləri də yoxa çıxıb bu il. Baş məşqçini istefaya səsləyənlər, artıq Qarabağ erası bitdi deyənlər, hardasız. Biz bitdi demədən bitməz...

Əslində ötən ildə uğursuzluq deyildi. Avropa Liqası, hətta Konfrans Liqasında belə əsas mərhələyə qalmaq böyük uğur idi. Sadəcə, “Qarabağ” sözün yaxşı mənasında öz uğurları ilə bizi pis öyrədib. 

Xoş oldu ki, növbəti tarixi uğur yenə “Qarabağ”dan gəldi. 

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla təkcə Avropanın nəhəng klublarını Bakıya gəlməyə məcbur etməyəcək. Həm də büdcəsini zənginləşdirəcək.

Burada söhbət 18 milyon 620 min avrodan, yəni 36 milyon 800 min manatdan gedir.

Liqa mərhələsində 36 ən yaxşı klub arasında yer almaq üçün UEFA məhz bu məbləğdə bonus verir.

Pley-offdan qayıdan klub isə 4 milyon 290 min avroyla (8 milyon 480 min manat) kifayətlənmək məcburiyyətində qalır.

“Qarabağ” “Ferentsvaroş”u bu məbləğlə kifayətlənməyə məcbur etdi. 

Təbriklər Azərbaycan! Təbriklər çempion! 

Bu sevinci bizə yaşatdığınız üçün hər bir “Qarabağ” futbolçusuna, məşqçilər həyətinə, idarə heyətinə, Hər kəsə təşəkkürlər. Ən xoş sözlərə layiqsiz!

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər