Türkiyənin görməli olduğunuz ən gözəl yerləri

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13.10.2025 12:33 Turizm

Dünya turizmi haqqında danışanda ilk ağıla gələn Türkiyə olur.

TodayPress TV xəbər verir ki, bu gün Türkiyə dünya turizminin mərkəzinə çevrilib.

Bunun müxtəlif əsaslı səbəbləri var. Türkiyənin hər bir şəhəri özünəməxsus mədəni, təbii və tarixi gözəlliyə malikdir. Burda gəzilib görüləcək, dəyər veriləcək o qədər yer var ki… Hətta bir neçə dəfə getdiyiniz şəhərdə getmədiyiniz və görmədiyiniz nə qədər gözəlliklər olduğunu heç düşünmüsünüzmü? Əsrlərə dayanan tarixi, zəngin mətbəxi, təbiəti, dənizi və dağları…

Bu qədər gözəlliyin bir arada olması illərdir ki, Türkiyəni dünya, o cümlədən biz Azərbaycanlılar üçün maraqla səyahət ediləcək ölkəyə çevirməsi heç təəccüblü deyil.

Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları kifayət qədər diqqət çəkici olması ilə yanaşı, həmçinin təbii mənzərələri ilə də könül oxşayır. Yamyaşıl otların arasında Sümela Manastrından Pamukkaləyə qədər Türkiyənin hər yerindən diqqət çəkən möhtəşəm mənzərələrini Sizə təqdim edirik.

Türkiyənin bu mənzərələri xəyal olacaq qədər gözəldir…

İstanbul deyiləndə ağıla ilk gələn – “KIZ KULESİ”

İstanbul boğazının Üsküdar sularında kiçik bir ada üzərində olan Qız Qülləsi qalası, Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan bu qaladan tarixi yarımadanın möhtəşəm silueti ilə birlikdə günün batmasını izləməkdən doya bilməyəcəksiniz. Şəhərin bütün stresini alan mənzərəni uzaqdan seyr etməklə doymayanlar Salacakdan gəmiyə minib qülləni ziyarət edə bilərlər. Bir sözlə əgər İstanbula yolunuz düşsə burda günün batmasını seyr etmədən şəhərdən ayrılmayın.

Yamyaşıl təbiətin qucağında yüksələn Sümela Monastırı! – Trabzon

Tarixi 386-cı illərə təsadüf edən Sümela Manastırı, Trabzon Maçka mahalındakı Altındərə Vadisinə baxan dik qayalıqların üzərində inşa edilmişdir. Hazırda bir çox filmlərin mövzusu olan Sumela Manastırı, yerli və xarici turistlərin tez-tez səyahət etdiyi yerdir.

Qar kimi ağ appaq təbii bir məkan – Pamukkale Travertenləri (Dənizli)

Tarixi 14 min il əvvələ təsadüf edən Pamukkalə travertinləri UNESCO Dünya Mirası siyahısında yer alıb. Günün istənilən vaxtında günəşin istisindən asılı olaraq rəngini dəyişərək fərqli mənzərələr alan Pamukkalədə travertinlərə daxil olmaq mümkündür. Burada xüsusi diqqət edəcəyiniz ayaqqabınızı çıxarmaqdır. Bir də Dənizliyə gedərkən əvəzolunmaz mənzərələri çəkmək üçün fotoaparatınızı götürməyi unutmayın.

Mardin Evleri (Mardin)

Mardinə yolunuz düşdüyü zaman hayatınıza kiçik bir fasilə verə bilərsiniz – Mardin Evleri (Mardin)

Tarixin qapılarını açmağa hazırsınızmı? Mardin evlərinin mənzərəsi Mezopotamiya düzənliyinin sükunəti ilə bölgənin min illik tarixini bir arada təqdim edir. Bu evlərin ən böyük özəlliyi, asanlıqla müxtəlif formaya salına bilən sarı əhəng daşlarından hazırlanmasıdır. Bir- birinə bağlı küçələri olan evlərin qapı, pəncərə və asma qatlarından başqa taxtadan istifadə olunmamışdır. Bir sözlə səyahət planınıza özünəməxsus unikal strukturu olan Mardin evlərini də əlavə edin!

Uçhisar Kalesi (Nevşehir)

Qayaların oyma-işləmə prosesi min ildən artıq bir dövrü əhatə edir – Uçhisar Keləsi (Nevşehir)

Kapadokya – oxşarı olmayan və xüsusi atmosferi ilə ziyarətçilərində bambaşqa bir dünyaya gəldiyi düşüncəsini yaradan misilsiz məkandır. Uçhisar qalası Kapadokanın ən uzaq məsafəsində yerləşir. Buranın böyük özəlliyi məkanın ən yüksək zirvəsi olmaqla yanaşı strateji baxımdan da əhəmiyyətli olmasıdır. Kapadokya turlarına qatılıb Həsən və Erciyes dağlarının gözəlliyindən zövq alaraq bu bölgənin tarixi havası ilə nəfəs ala biləcəksiniz.

Hündürlüyü 2150 metrə çatan NEMRUT DAĞI

Yolunuzu Adyamana salsanız mütləq dünyada yeganə olan bir yerə səyahət edin. Burada günün batmasını izləmək üçün Nemrut Dağına dırmansanız peşman olmayacaqsınız.

Adıyamanın Kahta mahalındakı dağın hündürlüyü təxminən 2150 metrə çatır. Nemrut Dağı ətəklərinə tikilmiş imperiyanın padşahı I Antioch bu dağın zirvəsində bir birindən gözəl abidələr və heykəllər tikdirib. Şərq, qərb və şimal istiqamətlərinə yayılan bu qalıqların Hellenistik dövrünə aid olduğu bildirilir. Görənləri heyran edən mənzərəyə sahib Nemrut Dağı, UNESCO Dünya Mirası Siyahısında yer alıb. Dağın zirvəsindən bir dəfə günün batdığını izləsəniz mənzərənin şişirdilmədiyini başa düşəcəksiniz.

Kemerin mavi çimərlikləri ilə tanınan bayram şəhəri – Tekirova (Antalya)

Məşhur çimərliklərin ən populyarı da Olimposdur. Olimposun və ətrafındakı digər kəndlərin nadir gözəllikləri də dillərə dastandır… Ancaq Antalyada bundan daha çox şey var! Məsələn, Aralıq dənizini seyr edən və üçbucağa oxşar forması ilə diqqət çəkən Tahtalı Dağı. Tekirova, görənləri heyran edir.

Gözəlliyi ilə göz oxşayan Kızkalesi (Mersin)

Bizanslılar tərəfindən inşa edilən bu qala Mersin Erdemli mahalında özünə aid olan bir adanı tutur. Çimərlikdən sadəcə 300 metr məsafədə yerləşən əsrarəngiz qala onu görənləri heyran edir. Necə düşünürsünüz qala tam bir Aralıq dənizi şahzadəsi kimi görünmürmü?

Bir sözlə yolunuzu Türkiyəyə salsanız dünyanın yeddi möcüzədən ibarət olmadığını anlayacaqsınız. Türkiyədə bu möcüzələrdən çoxdur. Sadəcə bu gözəllikləri gəzmək və tarixə şahidlik etmək lazımdır.

TodayPress TV

FOTOLAR

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri — 1
Türkiyənin görməli olduğunuz ən gözəl yerləri — 2
Türkiyənin görməli olduğunuz ən gözəl yerləri — 3
Türkiyənin görməli olduğunuz ən gözəl yerləri — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Bütün Xəbərlər