Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin

Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin
10.12.2025 12:50 Turizm

Qış səfərləri bu günün səyahətçiləri arasında sürətlə populyarlaşır. “Tripadvisor”un Winter Travel Index hesabatına görə, səyahətçilərin 60%-i bu mövsümdə yola çıxmağı planlaşdırır və qış turları üzrə rezervasiyalar ötən illə müqayisədə 45% artıb.

TodayPress TV xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn turistlər həm canlı şəhər mühiti və mədəni təcrübələr, həm də isti tropik istiqamətlər axtardıqları üçün tendensiya yüksəlməkdədir.

Türkiyə isə dörd mövsüm unikallığı ilə seçilən, qış istirahəti və şəhər mədəniyyəti baxımından ən cəlbedici istiqamətlərdən biridir. Xüsusilə ölkənin Şərqi Anadolu bölgəsi geniş panoramalar, qədim tarix və özünəməxsus mətbəxin bir araya gəldiyi unikal bir səyahət təcrübəsi təqdim edir.

Bu bölgədə səyahət edənlər minillər boyunca formalaşmış torpağın ruhunu hiss edir, yadda qalan dadlar kəşf edir, gözoxşayan təbiət mənzərələrini seyr edir və regionun zəngin mədəni mirasını yaşadan mehriban insanlarla tanış olurlar. Bu qış Şərqi Anadoluya səfər, həm ruhu, həm də duyğuları yeniləyən əsl bir kəşf səyahətinə çevriləcək.

Karsda orta əsr ab-havasına səyahət

Səyahətinizə Türkiyənin hələ tam kəşf olunmamış qış incisi – Karsdan başlaya bilərsiniz. Məşhur Turistik Şərq Ekspressinin marşrutu üzərində yerləşən şəhər özünəməxsus memarlığı, zəngin mədəni irsi və gözoxşayan mənzərələri ilə qonaqları valeh edir. Çıldır gölündən tutmuş, “kristal qar”ı ilə məşhur Sarıqamışa qədər bu bölgə qışın bütün sehrini yaşadır.

Karsın ən təsirli məkanlarından biri isə şübhəsiz ki, UNESCO Dünya İrsi Siyahısına daxil edilmiş Ani Arxeoloji Kompleksidir. Çıldır gölünün cənubunda yerləşən və Şərqi Anadolunun ən böyük arxeoloji sahəsi olan Ani, orta əsr şəhərsalmasının canlı nümunəsi kimi yüksəlir. Vaxtilə “min bir kilsənin şəhəri” kimi tanınan Ani İpək Yolunun üzərində mühüm mədəni, siyasi və ticarət mərkəzi olub. Bu gün isə təbiətin qoynunda sal qırmızı rəngli xarabalıqları ilə həm xristian, həm də müsəlman sülalələrinin buradakı zəngin irsini səssizcə nümayiş etdirir.

Mütləq dadına baxın: Kars Türkiyənin ən məşhur pendir bölgələrindən biridir. Burada Kars pendiri və Qruyere pendirini dadmaq, həmçinin Kars Pendir Muzeyini ziyarət etmək mümkündür. Axşam yeməyi üçün isə ənənəvi qaz yeməkləri və unudulmaz dada malik hingel (mantı növü) mütləq sınanmalıdır.

Ağrıda Osmanlı zənginliyini hiss edin

Növbəti dayanacağınız Ağrı ola bilər. Həm memarlıq irsi, həm də təbii gözəllikləri ilə seçilən bu bölgə qonaqlara xüsusi təsir bağışlayır. Səyahətə Doğubəyazıt rayonunda yerləşən möhtəşəm İshak Paşa Sarayından başlamaq tövsiyə olunur. Osmanlı dövrünə aid bu saray İstanbuldakı Topkapı Sarayının modelində inşa edilib. Onu fərqləndirən cəhət isə Osmanlı, Fars və Səlcuq memarlıq üslublarının bir arada ustalıqla tətbiq edilməsidir.

Saray tam bir kompleks kimi layihələndirilib – məscid, madrasa, hamam, mətbəx və hətta zindanlar kimi bölmələri özündə birləşdirir. Sarayın ən diqqətçəkən cəhətlərindən biri qədim dövr üçün olduqca inkişaf etmiş mərkəzi isitmə sistemidir: xüsusi sobalarda qızdırılan su borular vasitəsilə bütün binaya yayılaraq bölgənin sərt qışlarına qarşı istilik təmin edirdi.

Mütləq görün: Saray, Nuhun gəmisinin endiyi yer hesab edilən Ağrı Dağının (Araratın) ətəyində yerləşir. Şəhərin demək olar ki, hər nöqtəsindən görünən bu əzəmətli dağa qısa bir səfər etməklə bölgənin təbiət möcüzəsini yaxından hiss edə bilərsiniz.

Ahlatın Cittaslow şəhərində səlcuq dövrü məzar daşlarının kəşfi

Bitlis həm tarixi, həm də təbiəti ilə səyahətçiləri valeh edən digər gizli bir incidir. Van gölünün sahilində yerləşən gözəl Tatvan rayonunda günə Bitlis balı və yerli pendirlərdən ibarət bol süfrə ilə başlamaq əsl bölgə ənənəsidir. Daha sonra vaxt itirmədən UNESCO-nun Dünya İrsi Siyahısının Namizəd Siyahısında yer alan Ahlat Məzar Daşlarına ev sahibliyi edən Cittaslow şəhəri Ahlata yollana bilərsiniz.

Ahlatın tarixi Urartu dövrünə qədər uzansa da, burada yerləşən qədim məzar daşları Səlcuq dövrünə aiddir. Bu abidələr Anadolunun erkən türk dövrünə məxsus ən diqqətəlayiq nümunələrdən sayılır və həmin dövrün daş oyma sənəti, ornamentləri və memarlıq üslubu barədə dəyərli məlumat verir.

Mütləq görün: Bölgədəki göz qamaşdıran təbii möcüzələri də unutmayın — Nemrut Krater Gölü və Süphan dağı səyahətinizi tamamlayan unikal mənzərələr təqdim edir.

Akdamar Adası və Akdamar Kilsəsi: Van gölünün bənzərsiz inciləri

Yaddaqalan bir sonluq üçün yolunuzu Vana salmağı tövsiyə edirik. Türkiyənin ən böyük gölü olan Van gölünün sahilində yerləşən şəhər, bir zamanlar Urartu dövlətinin paytaxtı olub, daha sonra isə farslardan tutmuş osmanlılara qədər bir çox sivilizasiyaya ev sahibliyi edib.

Gününüzə otlu pendir və murtuğa kimi saysız çeşidləri ilə məşhur ənənəvi Van səhər yeməyi ilə başlayıb, ardından Van gölündə qayıqla Akdamar adasına doğru yola çıxa bilərsiniz. Van gölündəki dörd adadan ölçüsünə görə ikinci olan Akdamar, eyni zamanda möhtəşəm bir kilsə ilə tanınır.

Qayalı silsilənin üzərində ucalan Akdamar Kilsəsi, Vaspurakan Krallığının hökmdarları üçün saray kilsəsi kimi inşa edilmiş orta əsr Apostol katedralıdır. Bu gün kilsə üzərindəki incə daş oyma naxışları və freskaları ilə ziyarətçiləri valeh edir. Abidənin bir çox bəzəyi Mərkəzi Asiya türk sənətinin izlərini əks etdirir.

Mütləq görün: Vanın məşhur ağ tüklü, bir gözü mavi, digər gözü kəhrəba rəngli olan gözəl pişiklərini görmək üçün Van Pişik Evinə də baş çəkə bilərsiniz.

TodayPress TV

FOTOLAR

Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin — 1
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin — 2
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin — 3
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Bütün Xəbərlər