Mehmanxanalarda gecələmələrin sayı 7 %-ə yaxın artdı

Mehmanxanalarda gecələmələrin sayı 7 %-ə yaxın artdı
27.01.2026 13:16 Turizm

2025-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4 miyon 569,5 min olub.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5,0 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında və 6,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2614,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1 milyon 955,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Bütün Xəbərlər