Azərbaycana turist axını azaldı

Azərbaycana turist axını azaldı
21.07.2025 13:48 Turizm

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16,0 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,0 faiz azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 faiz azalaraq 422,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5,8 faiz artaraq 558,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bu gecə Rusiya-Ukrayna arasında nə baş verəcək? Zelenski XƏBƏRDARLIQ ETDİ 23:45 ABŞ İrana TƏCİLİ xəbərdarlıq etdi: Güclü zərbələr olacaq 23:39 15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı 23:17 Ukraynanın F-16-sı qəfil sıradan çıxdı - Pilot son anda xilas oldu 23:02 Neft qiymətləri kəskin bahalaşdı - SƏBƏB 22:53 Zelenski Polşaya niyə getdi? - Bu məsələlər müzakirə edildi 22:28 “Fənərbağça”nın oyunu qəfil dayandırıldı - VİDEO 22:38 Misirdə güclü partlayış - VİDEO 22:11 Azərbaycan güləşçiləri dünya ikincisi oldular 22:16 Bütün Xəbərlər