AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir

AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir
31.07.2025 11:03 Turizm

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlər üçün “Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib.

TodayPress TV bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı “FLY25” promokodundan istifadə etmək kifayətdir: "Aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər".

Vurğulanır ki, təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər.

"Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur. Səyahətinizi əvvəlcədən planlaşdıraraq payız mövsümünü AZAL-la daha sərfəli və yaddaqalan edin",-deyə məlumatda qeyd edilib.

FOTOLAR

AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər