Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq?

Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq?
17.07.2026 14:00

Yay mövsümünün qızğın çağında Azərbaycanda hotellərin və istirahət xidmətlərinin qiymətləri yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Bəzi xarici ölkələrdə bir həftəlik hotel qiymətinin Azərbaycanda bir günlük istirahət xərcinə bərabər olması ilə bağlı müqayisələr aparılır.

Bəs bu bahalığın əsas səbəbi nədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycanda turizm xidmətlərinin bahalığını yalnız hotellərin və restoranların qiymətləri ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, əsas problem nəqliyyat xərclərinin yüksək olmasıdır:

"Xüsusilə mövsümün pik dövründə qiymətlərin yüksəldiyini müşahidə edirik. Lakin ölkəmizdə eyni kateqoriyalı hotelləri və digər yerləşmə obyektlərini müqayisə etdikdə görürük ki, qiymətlərin yüksək olması təkcə hotel və restoran xidmətlərindən qaynaqlanmır. Turizm xidmətlərinin ümumi bahalı görünməsinin əsas səbəblərindən biri nəqliyyat xərclərinin yüksək olmasıdır. Bu problem daha çox xarici turistlərin Azərbaycana səfəri zamanı özünü göstərir. Hazırda xarici turistlərin ölkəmizə gəlməsi kifayət qədər baha başa gəlir. Bunun səbəbi yalnız quru sərhədlərinin bağlı qalması deyil. Eyni zamanda, hava nəqliyyatı ilə Azərbaycana uçuşların qiyməti də digər turizm istiqamətləri ilə müqayisədə yüksəkdir. Təbii ki, bu da ölkəmizə gələn turistlərin sayına mənfi təsir göstərən amillərdən biridir".

Ekspert əlavə edib ki, daxili turizmdə qiymət artımına təsir edən əsas amillərdən biri regionlarda yüksək kateqoriyalı hotellərə olan tələbatın çox olmasıdır:

"Ölkə daxilində hərəkətliliyə baxdıqda görürük ki, xüsusilə regionlarda fəaliyyət göstərən beşulduzlu hotellərə tələbat daha yüksəkdir. Tələb artdıqca, xüsusilə yay mövsümündə qiymətlər də yüksəlir. Arzuolunan odur ki, regionlarda təklif daha da artsın. Xüsusilə üç və dördulduzlu hotellərin sayı çoxalsa, bazarda rəqabət güclənər və nəticədə xidmətlərin qiymətləri daha əlçatan səviyyədə formalaşar. Son dövrlərdə kənd evlərinin, A-frame tipli evlərin, villaların və digər yerləşmə məkanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bəzən bir ailə və ya dost qrupu üçün belə məkanlarda qalmaq hotellərlə müqayisədə daha sərfəli olur. Bu da turistlərə daha geniş seçim imkanı yaradır".

Onun fikrincə, Azərbaycanda hotel qiymətlərini qiymətləndirərkən düzgün müqayisələrin aparılması vacibdir.

"Düşünmürəm ki, Azərbaycanda hotellərin və restoranların qiymətləri ümumilikdə yüksəkdir. Burada söhbətin hansı hotellərdən getdiyi və onların hansı ölkələrlə müqayisə olunduğu mühüm əhəmiyyət daşıyır. Eyni kateqoriyalı hotelləri müqayisə etsək, onların qiymətlərini bahalı hesab etməzdim. Ölkədə hotel fondunun həcmi də qiymətlərin formalaşmasına təsir edən amillərdən biridir. Hazırda Azərbaycanda, səhv etmirəmsə, 885 hotel fəaliyyət göstərir. Ölkənin turizm potensialını nəzərə aldıqda bu rəqəm o qədər də böyük deyil. Bununla yanaşı, müxtəlif yerləşmə məkanlarının sayı ildən-ilə artır və bu, müsbət haldır. Arzu edərdik ki, bu istiqamətdə inkişaf davam etsin. Təklif artdıqca rəqabət güclənəcək, qiymətlər daha balanslı olacaq və turistlər üçün seçim imkanları genişlənəcək".

Ceyhun Aşurov sonda vurğulayıb ki, Azərbaycanın turizm sektorunun inkişafı üçün əsas diqqət nəqliyyat əlçatanlığının artırılmasına yönəldilməlidir:

"Ölkə xaricindən Azərbaycana gəlmək üçün nəqliyyat xərcləri ümumi səyahət büdcəsində ən böyük paya malikdir. Məhz bu amil hazırda ölkədə turizmin daha sürətli inkişafına müəyyən qədər mane olur. Bu istiqamətdə həll yolları tapılarsa, həm gəlmə turizminin, həm də bütövlükdə turizm sektorunun inkişafı üçün daha əlverişli şərait yaranar".

Türkan İsgəndərli

FOTOLAR

Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Bütün Xəbərlər