Zelenski güzəştə getmir: "Ukrayna Donbası verməyəcək"

Zelenski güzəştə getmir: "Ukrayna Donbası verməyəcək"
15.12.2025 16:19 Təhlil

Ukrayna Donbası verməkdən imtina edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi 20 maddəlik əks-sülh planında Donbasın Rusiyaya verilməsi və NATO-ya üzvlükdən imtina rədd edilir. Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov “Koreya variantı”nın müzakirə olunmadığını bildirib, ABŞ dövlət katibi Marko Rubio isə əsas mübahisənin Donetskin Kiyevin nəzarətində qalan hissəsi olduğunu açıqlayıb.


Bəs Kiyevin Donbas və NATO ilə bağlı qırmızı xətləri sülh danışıqlarını dalana dirəyə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Həsənov bildirib ki, danışıqların düyünü ABŞ təminatı və Rusiyanın ərazi tələbi arasındadır: 


"Bəli, artıq ikinci gündür ki, Berlində ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandası arasında sülh danışıqları ilə bağlı müzakirələr aparılır.

Məlum olduğu kimi, təqdim olunan sülh planında 20 maddə yer alır. Zelenskinin özünün də bildirdiyinə görə, əsas məsələ Ukraynanın təhlükəsizliyinə ABŞ tərəfindən təminat verilməsidir və bu, danışıqlarda birinci prioritet kimi çıxış edir. İkinci əsas məsələ isə Rusiyanın Donetsk vilayətində işğal olunmamış 6,6 min kvadrat kilometr ərazinin Ukrayna tərəfindən verilməsini tələb etməsidir. Bu şərt müharibənin dayandırılması üçün Tramp administrasiyası tərəfindən də təzyiq elementi kimi gündəmə gətirilir. Lakin Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna Konstitusiyası buna imkan vermədiyi üçün hər hansı ərazinin Rusiyaya verilməsi qanunaziddir".

Ekspert qeyd edib ki, Rusiya Zelenskinin atəşkəs–referendum planını riskli sayır:


"Bu baxımdan Zelenski alternativ təklif irəli sürərək bildirib ki, məsələ referendum yolu ilə həll oluna bilər. Onun fikrincə, ABŞ demokratik dəyərlərə sadiq ölkə kimi xalqın iradəsinə hörmət etməlidir. Bunun üçün isə əvvəlcə atəşkəs elan olunmalı, sonra referendum, zərurət yaranarsa prezident seçkiləri keçirilməlidir. Ancaq Rusiya bu yanaşmaya razı deyil. Putinin köməkçisi Yuri Uşakov dərhal açıqlama verərək bildirib ki, bu variant mümkün deyil, çünki atəşkəs Ukraynaya vaxt qazandıraraq əlavə silahlanma və qüvvələrin yenidən yerləşdirilməsi riskini yaradır".

Onun sözlərinə görə, digər müzakirə olunan variantlardan biri Ukrayna qoşunlarının həmin ərazilərdən çıxarılması, lakin ora Rusiyanın da daxil olmaması, yəni demilitarizasiya olunmuş zonanın yaradılması və bu zonaya beynəlxalq qüvvələrin nəzarət etməsidir. Hazırda bu da mümkün ssenarilərdən biri kimi masadadır.

Analitik, həmçinin vurğulayıb ki, danışıqlar çətin şəraitdə davam edir və dünənki görüşlərdən sonra Stiv Uitkoff prosesdə müəyyən irəliləyişlərin olduğunu bildirsə də, razılaşmanın asan əldə olunmayacağını vurğulayıb.

E.Həsənov bildirib ki, hər iki tərəf resurs baxımından tükənir:


"Burada əsas sual ondan ibarətdir ki, Ukrayna ilə ABŞ arasında razılaşdırılacaq maddələrə Rusiya razılıq verəcəkmi. Hesab edirəm ki, hələlik bu ehtimal zəifdir. Bununla belə, görünən odur ki, həm Ukrayna, həm də Rusiya müharibənin uzanmasında maraqlı deyil. Ukraynanın resursları tükənir, silahlı qüvvələrin sayı azalır. Eyni zamanda Rusiya üçün də müharibə artıq dörd ilə yaxınlaşır, insan itkiləri hər iki tərəf üçün iki milyonu keçib, resurslar azalır və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ciddi təsir göstərir. Buna baxmayaraq, Rusiya hələ də öz strateji məqsədlərinə çatmaq istədiyini bildirir. Onların əsas hədəfi Ukraynanı tam nəzarət altına almaq idi, lakin bu məqsəd reallaşmadı. Son günlər bəzi yaşayış məntəqələrinin ələ keçirilməsinə baxmayaraq, Rusiya mövcud status-kvonu qorumaqla müharibəni dayandırmağa məcbur qala bilər".

Politoloq hesab edir ki, bu baxımdan Berlində davam edən danışıqlar yaxın zamanda ciddi və həlledici nəticə verməyəcək. Hətta müəyyən razılaşmalar əldə olunsa belə, bu sənədlər Trampa təqdim edilməli, daha sonra Stiv Uitkoff yenidən Moskvaya gedərək Putinlə danışıqlar aparmalıdır. Rusiyanın bu razılaşmalara razılıq verib-verməyəcəyi isə açıq sual olaraq qalır.

Analitik sonda əlavə edib ki, danışıqlar uzanır, amma Tramp nəticə istəyir:

"Proses gərgin və uzunmüddətli olacaq, danışıqlar böyük ehtimalla 2026-cı ildə də davam edəcək. Bununla belə, Trampın müharibəni bitirmək niyyətinin ciddi olduğu görünür və bu istiqamətdə fəal cəhdlər göstərir. O, davam edən münaqişələri dayandırmaq istədiyini açıq şəkildə ortaya qoyur və hesab edirəm ki, bu səylər müsbət qiymətləndirilməlidir. Gələn il bu istiqamətdə real nəticələrin əldə olunması mümkündür". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Bütün Xəbərlər