Xamenei öldürüldü, Sistani susdu: Bəs “cihad”...?

Xamenei öldürüldü, Sistani susdu: Bəs “cihad”...?
02.03.2026 16:30 Təhlil

İraqın ali dini lideri, Ayətullah Əli Sistaninin İranın Ali Dini lideri Seyid Əli Xameneinin öldürülməsindən sonra verdiyi cihad fətvasını geri götürməsi barədə məlumatlar yayılıb.

Politoloq Rəşad Bayramov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu, bir neçə mühüm amillə izah oluna bilər:


“Məlumdur ki, Əli Sistani İraqın nüfuzlu şiə dini lideri kimi yalnız ölkə daxilində deyil, bütün region üçün mühüm təsir gücünə malik bir şəxsdir. Onun Xameneinin ölümü halında cihad elan olunacağına dair bəyanatı da müvafiq olaraq həm dini, həm də siyasi xəbərdarlıq kimi qəbul olunurdu. Lakin Xameneinin ölümündən sonra Sistani sadəcə bəyanatla İranla həmrəylik nümayiş etdirdi və cihad çağırışını gerçəkləşdirmədi. Bu mövqe dəyişikliyi bir neçə səbəblə izah oluna bilər. Ən vacib amillərdən biri İraqın daxili sabitliyidir. Ölkə onsuz da mütəmadi olaraq etnik və dini gərginliklərlə üzləşir və xarici təsirlərin artması siyasi sabitliyi risk altına qoyur. Açıq cihad çağırışı həm daxili qarşıdurmanı gücləndirə, həm də İraqı regionda hərbi eskalasiya mərkəzinə çevirə bilərdi. Həmrəylik mövqeyi isə daxili ictimai və dini sabitliyi qorumağa xidmət edir”.

Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri də diplomatik manevr və strateji balans məsələsidir:

“Bu da Sistaninin qərarında kritik rol oynayıb. Birbaşa cihad çağırışı həm ABŞ və Qərb, həm də regional aktorlar qarşısında İraqı riskli mövqedə qoya bilərdi. Odur ki, Sistaninin bu vəziyyətdə daha ehtiyatlı davranmaq məcburiyyətində qaldığını demək mümkündür”.

R.Bayramovun fikrincə, bu qərar həm də dini və siyasi nüfuzun qorunması ilə bağlıdır: 

“Sistani üçün həm şiə cəmiyyətində, həm də beynəlxalq səviyyədə etibarlı lider imici əsasdır. Cihad çağırışı radikal və riskli addım kimi qəbul oluna bilərdi ki, bu da onun nüfuzuna və İraqdakı praqmatik siyasətinə mənfi təsir göstərə bilərdi. Nəhayət, burada regional və qlobal kontekst də müəyyən rol oynayır. İran–İraq münasibətləri yalnız dini çərçivə ilə məhdudlaşmır, eyni zamanda strateji, iqtisadi və diplomatik aspektləri də əhatə edir. Sistani açıq cihad çağırışı əvəzinə həmrəylik ifadə etməklə regionda gərginliyi azaltmağa çalışmış ola bilər”.

Analitik sonda vurğulayıb ki, Sistaninin mövqeyindəki bu dəyişiklik onun strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər:


“Ümumilikdə demək olar ki, Sistaninin mövqeyindəki bu dəyişiklik onun strateji düşüncəsinin və regiondakı mürəkkəb güc balansını düzgün qiymətləndirməsinin göstəricisidir. Açıq cihad çağırışından imtina edərək yalnız İranla həmrəylik nümayiş etdirməsi həm İraqın daxili sabitliyini qorumağa, həm diplomatik manevr imkanlarını saxlamağa, həm də dini və siyasi nüfuzunu möhkəmləndirməyə xidmət edir. Bu isə Sistaninin praqmatik liderlik və regional sabitliyi prioritet sayan yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Bütün Xəbərlər