Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası - VİDEO

Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası - VİDEO
14.07.2026 13:02 Təhlil

İranın hərbi-siyasi rəhbərliyinin hədəf alınması və ard-arda baş verən qanlı hadisələr bu gün regionun ən çox müzakirə edilən mövzusudur.

Dövlətin onurğa sütununu təşkil edən bir çox ali rəhbərin eyni vaxtda həyatını itirməsi ölkəni çox ağır bir idarəetmə böhranı ilə üz-üzə qoyub.

Ayətullah Əli Xamenei, Əli Şamxani, Məhəmməd Pakpur, Əbdülrəhim Musavi və Əziz Nəsirzadə kimi dövlətin ən mühüm qərar qəbul edən simalarının artıq həyatda olmaması istənilən dövlət aparatı üçün ölümcül sarsıntıdır.

Bu nəhəng itkilərdən sonra  sağ qalan, lakin hər an hədəfdə olan SEPAH komandanı Əhməd Vahidi və Ali Rəhbərin hərbi müşaviri Seyid Yəhya Səfəvinin də öldürülmə riski son dərəcə yüksəkdir.

Çünki rəqib güclər artıq  siyasi təzyiqlə kifayətlənmir, birbaşa rəhbər şəxsləri fiziki olaraq yox etmək strategiyası ilə hərəkət edir. Vahidi və Səfəvi kimi hərbi beyinlərin də sıradan çıxarılması ordunun regional hərəkət qabiliyyətinə və yeni rəhbərliyin müdafiə planlarına sarsıdıcı zərbə vura bilər.

Ancaq bütün bu sui-qəsdlər  ilk baxışda rejimi zəiflədib çöküşə aparır kimi görünsə də, reallıq daha mürəkkəbdir.

Siyasi müstəvidə Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin yeni Ali Rəhbər seçilməsi ilə hakimiyyət daxildən dağılmadı, əksinə daha da aqressivləşdi. 

Yeni gələn gənc nəsil rəhbərlik köhnələrə nisbətən daha amansız, güzəştsiz və qətiyyətlidir. Onlar  Qərblə heç bir diplomatiyaya inanmır və daxildəki repressiyaları daha da sərtləşdirirlər.

SEPAH mərkəzi idarəetmədən asılı olmayan, fərqli bölgələrdə müstəqil qərar verə bilən asimmetrik sistemlə işləyir. Buna görə də generalların itirilməsi ordunu tam iflic etmir,  nəzarəti zəiflədir.

Nəzarətsizlik isə  kiçik komandirlərin daha xaotik, proqnozlaşdırılmaz və qisasçı addımlar atmasına yol açır. Reallıq budur ki, ağır zərbələrə baxmayaraq, Tehran asanlıqla yıxılmır.

İran artıq   hər an hər addımı ata bilən təhlükəli bir dövlətə çevirilib.  Hakimiyyətin tamamilə çökməsi üçün generalların öldürülməsi kifayət etmir, ölkə daxilində xalqın və ordunun aşağı eşalonunun rejimə qarşı tam ayağa qalxması lazımdır.  ABŞ bundan müəyyən qədər istifadə etməyə çalışsa da, sona qədər davam etdirə bilmədi.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Bütün Xəbərlər