Ermənistanın təzə "Körpüsalan"ı - Nikol niyə yanğına körüklə getmədi?

Ermənistanın təzə "Körpüsalan"ı - Nikol niyə yanğına körüklə getmədi?
12.05.2026 14:34 Təhlil

Putinin bir neçə gün əvvəl jurnalistlərə verdiyi açıqlama əslində Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda bu ölkənin qarşısında duran seçimə diqqət çəkirdi.


O, məsələnin Ermənistanın daxili işi olduğunu desə də, dolayısı ilə “tezliklə qərar verilməlidir” mesajını verdi. Hətta ən düzgün yol kimi referendum ideyasını da səsləndirdi – yəni qərarı siyasi elitalar yox, birbaşa xalq versin. Onun fikrincə, erməni cəmiyyəti hansı istiqaməti seçəcəyini özü müəyyən etməlidir və bundan sonra münasibətlərin necə davam edəcəyi ortaya çıxacaq.

Bu prosesi isə “yumşaq və sivil ayrılma” kimi təsvir etməsi diqqət çəkdi. Eyni zamanda AİB çərçivəsində Ermənistanın qazandığı iqtisadi üstünlükləri də xatırlatdı və ümumilikdə Rusiyanın istənilən seçimə hörmət edəcəyini bildirdi. Amma çıxışın tonundan hiss olunurdu ki, bu, sadəcə neytral fikir deyil, arxasında müəyyən siyasi mesajlar da var.

Paşinyanın reaksiyası isə daha ehtiyatlı, amma eyni zamanda prinsipial idi. O, indiki mərhələdə Ermənistanın AİB-dən çıxması üçün nə real, nə də obyektiv səbəb gördüyünü dedi və ölkənin bu qurumda tam hüquqlu üzv kimi fəaliyyətini davam etdirdiyini vurğuladı.

Referendum ideyasına isə soyuq yanaşdı və bunu gündəmin əsas mövzusu saymadı. Hətta dövlətlərarası münasibətləri “nikah” və “boşanma” kimi sadə metaforlarla izah etməyin düzgün olmadığını da qeyd etdi.


AİB sammitində Paşinyanın şəxsən iştirak etməməsi də ayrıca diqqət çəkdi. Onun yerinə baş nazir müavininin getməsi rəsmi olaraq daxili siyasi səbəblərlə izah edilsə də, çoxları bunu həm də simvolik addım kimi qiymətləndirir – yəni Ermənistanın öz siyasi xəttini daha sərbəst göstərmək istəyi kimi.

Ümumilikdə Ermənistan hazırda çox çətin balans saxlamağa çalışır: bir tərəfdən Avrasiya strukturlarında qalır, digər tərəfdən isə Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirir. Paşinyan hökuməti isə açıq şəkildə hansısa blokdan tam imtina etmir, daha çox “hamı ilə münasibətləri saxlamaq” xətti yürüdür.

Son illərdə, xüsusilə Qarabağ hadisələrindən sonra Rusiya ilə münasibətlərdə yaranan gərginlik bu balansı daha da həssas edib. Ermənistanda Qərbə maraq artsa da, Moskva bunu riskli istiqamət kimi görür və daha açıq mövqe tələb edir. Putin də məhz bu səbəbdən seçim məsələsini daha qəti şəkildə gündəmə gətirir.


Amma Paşinyanın hazırkı yanaşması daha çox vaxt udmaq və vəziyyəti tədricən idarə etmək kimi görünür. Açıq tərəf seçməkdən yayınır, eyni zamanda Qərblə əlaqələri də genişləndirir. Bu isə uzun müddətdə bu “orta xətt”in nə qədər davamlı olacağı sualını açıq saxlayır. Paşinyan hazırda iki stulda oturub. Rusiya onun altından stulu yaxın zamanda çəkəcək, ya yox?  Bunu proseslər göstərəcək. 

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər