Rusiyalı deputatın təhdidlərinə Bakıdan SƏRT REAKSİYA: “Azərbaycan öz haqq yolundan dönməyəcək!”

Rusiyalı deputatın təhdidlərinə Bakıdan SƏRT REAKSİYA: “Azərbaycan öz haqq yolundan dönməyəcək!”
18.08.2025 13:08 Təhlil

“Özünü qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) keçmiş “hökumət başçısı” kimi təqdim edən və hazırda Rusiya Dövlət Dumasının deputatı olan Aleksandr Borodayın Azərbaycana qarşı neytral və ya obyektiv mövqe nümayiş etdirməməsi gözlənilən idi”.

Politoloq Elşad Paşasoy bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Borodayın fikirlərinə yer verilən son materialda Azərbaycan əleyhinə təhdidlərin səsləndirilməsi təəccüblü deyil. Üstəlik, onun təmsil olunduğu Rusiya Dövlət Dumasında anti-Azərbaycan mövqeyinin formalaşması və kampaniya xarakterli çıxışlar artıq bir tendensiyaya çevrilib. Dövlət Dumasının digər üzvləri Konstantin Zatulin, Andrey Qurulev, Mixail Delyagin, Aleksandr Şerin, Vitali Milonov və Nikolay Valuyev kimi şəxslərin davamlı şəkildə ölkəmizə qarşı çıxış etməsi isə faktiki olaraq iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib: 

“Bu cür davranışların qarşısının alınması və müttəfiqlik haqqında imzalanmış bəyannaməyə uyğun hərəkət etmək Rusiya hökumətinin birbaşa öhdəliyi idi. Təəssüf ki, rəsmi Moskva artıq “qırmızı xətləri” keçərək, həm media, həm də siyasi dairələr səviyyəsində Azərbaycana qarşı açıq təxribat və təzyiq ritorikasına əl atıb. Bu yanaşma nə qonşuluq münasibətlərinə, nə də beynəlxalq hüquqa uyğundur”. 

Ekspertin fikrincə, bu təzyiqlərin əsas məqsədi 2024-cü ilin dekabrında Çeçenistan üzərində vurulan Azərbaycan təyyarəsi ilə bağlı rəsmi Bakının haqlı tələblərini arxa plana keçirməkdir:

“Azərbaycan tərəfi konkret məsuliyyət tələb edir. Prezident İlham Əliyev Vaşinqtonda “Fox News” kanalına verdiyi müsahibədə vurğulayıb ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. Amma hadisədə günahı olanların cəzalandırılmasını, həlak olanların ailələrinə və yaralılara kompensasiya verilməsini, eyni zamanda Azərbaycan xalqından üzr istənilməsini tələb edir. Rəsmi mövqeyimiz beynəlxalq hüquqla tam uzlaşır”.

Analitik əlavə edib ki, Azərbaycanın Ermənistanla sülh sənədinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqtonda əldə etdiyi razılaşmadan sonra Moskva bu prosesə qarşı açıq mövqe sərgiləməyə başlayıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlaması da bunun göstəricisidir. O, Azərbaycan-Rusiya İşçi Qrupunun 23-cü iclasının yaxın vaxtlarda keçiriləcəyini və Zəngəzur dəhlizi ilə bağlı “Tramp marşrutu”nun Ermənistanın razılığı ilə irəlilədiyini bildirib.

“Azərbaycan bu günə qədər Qarabağda suverenliyini bərpa etmək istiqamətində, eləcə də Bakı-Ceyhan, Bakı-Ərzurum, TAP və TANAP kimi qlobal enerji layihələrində Rusiya daxil olmaqla müxtəlif mərkəzlərin təzyiq və təxribatlarına rəğmən geri addım atmayıb. Separatçılığın stimullaşdırılması, sui-qəsd planları və digər manipulyativ üsullar da nəticə verməyib. Bu dəfə də Azərbaycanın siyasi iradəsi və qətiyyəti qarşısında geri çəkilməyə məcbur qalacaqlar”.

E.Paşasoy diqqətə çatdırıb ki, Borodayın Azərbaycana qarşı səsləndirdiyi su təchizatı ilə bağlı hədələr də mahiyyət etibarilə əsassızdır və zəiflik göstəricisidir:

“Dövlət Dumasının üzvü səviyyəsində bir şəxsin Samur çayı vasitəsilə Azərbaycanın suyunun kəsilə biləcəyini deməsi gülünc və qeyri-ciddi bəyanatdır. Bu, Hindistanın Pakistana qarşı tətbiq etdiyi su təzyiqlərinə bənzədilməyə çalışılsa da, real nəticəsi olmayacaq. Çünki Azərbaycanla Rusiya arasında Samur çayından birgə istifadə ilə bağlı 2000-ci illərdə imzalanmış və qüvvədə olan müqavilələr mövcuddur.

Samur çayının “silah” kimi istifadə edilməsi cəhdləri Rusiyada Azərbaycanla bağlı iflasa uğramış siyasətin növbəti uğursuz halqasıdır. Bu cür təhdidlər və əsassız ritorika yalnız Rusiya siyasətindəki bəzi dairələrin kiçikliyini göstərir. Azərbaycan bu tip təzyiqlərlə nə yolundan dönəcək, nə də prinsipial mövqeyindən çəkiləcək. Sonda qalib tərəf yenə Azərbaycan olacaq”.

Qeyd edək ki, hazırda Rusiyanın hərbi kəşfiyyatı (QRU) tərəfindən kurasiya edilən “Milli Xəbər Xidməti” adlı platformada Aleksandr Borodayın iştirakı ilə material dərc olunub. Sözügedən materialda o, Dağıstan üzərindən Azərbaycana su təchizatının dayandırılması ilə hədələyib və əlavə edib ki, Rusiya Azərbaycana təzyiq göstərmək üçün başqa vasitələrə də malikdir, lakin onları hələlik açıqlamır.

Aysel Mətləb

FOTOLAR

Rusiyalı deputatın təhdidlərinə Bakıdan SƏRT REAKSİYA: “Azərbaycan öz haqq yolundan dönməyəcək!” — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər