Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? - VİDEO

Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? - VİDEO
07.07.2026 10:52 Təhlil

Finlandiyanın 2023-cü ildə NATO-ya rəsmən üzv olması və xüsusilə 2026-cı ildə ölkənin 1987-isilli Nüvə Enerjisi Qanununa etdiyi köklü dəyişikliklər Şimali Avropada balansı dəyişdi.

Helsinki rəhbərliyinin müharibə şəraitində NATO nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə və ya tranzitinə hüquqi icazə verməsi Moskvanı hiddətləndirdi. Rusiya rəsmiləri Finlandiyanın artıq "nüvə hədəfləri siyahısına" daxil edildiyini açıq şəkildə bəyan ediblər. 

Rusiya üçün Finlandiyaya strateji zərbə vurmaq məntiqsizdir, çünki qitələrarası ballistik raketlər, strateji sualtı qayıqlar və ağır bombardmançı təyyarələrdən ibarət olan strateji nüvə silahları mahiyyət etibarilə "Qarşılıqlı Məhv Etmə" (MAD) doktrinasına xidmət edir. Bu silahların tətbiqi regional münaqişəni anındaca qlobal nüvə müharibəsinə çevirmək potensialına malikdir. Rusiyanın bu səviyyəli silahlara əl atması bir neçə fundamental səbəbdən məntiqsiz görünür. 

Finlandiyaya vurulacaq hər hansı strateji zərbə NATO-nun kollektiv müdafiə mexanizmini dərhal işə salacaq. Bu isə ABŞ, Böyük Britaniya və Fransanın Rusiyanın birbaşa öz ərazisinə cavab zərbəsi endirməsi ilə nəticələnə bilər.

Rusiyanın yenilənmiş nüvə doktrinası strateji arsenalı dövlətin mövcudluğuna birbaşa təhdid yarandığı halda "son çarə" kimi nəzərdən keçirir. Finlandiyanın qanunvericilik addımları Moskva üçün ciddi siyasi narahatlıq yaratsa da, Rusiyanın suverenliyini tamamilə ortadan qaldıracaq bir təhlükə statusu daşımır. 

Moskva strateji nüvə silahlarını real döyüş aləti deyil, yalnız ABŞ-ni  birbaşa müdaxilədən çəkindirən qlobal çətir kimi saxlayır.

Strateji silahlardan fərqli olaraq, gücü 10 ilə 300 kiloton arasında dəyişən taktiki nüvə silahları konkret döyüş meydanında üstünlük qazanmaq üçün nəzərdə tutulub. Rusiyanın əlində olan təxminən 1900-2000 ədəd taktiki nüvə başlığı (İskander-M, Kinjal raketləri və dəniz əsaslı sistemlər) Finlandiya və Şimali Avropa üçün daha real təhlükə mənbəyidir. 

Moskvanın hərbi strategiyasında  "eskalasiya yolu ilə de-eskalasiya" konsepsiyası var. Ruslar ənənəvi müharibədə uduzmaq və ya strateji mövqeləri itirmək təhlükəsi yaranarsa, məhdud  taktiki nüvə zərbəsi ilə rəqibi qorxudaraq danışıqlar masasına oturmağa məcbur edə bilər. 

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Bütün Xəbərlər