“Radikallar ölkəni uçuruma aparırlar” – Sabiq səfir İranın yeni siyasi xəttindən DANIŞDI

“Radikallar ölkəni uçuruma aparırlar” – Sabiq səfir İranın yeni siyasi xəttindən DANIŞDI
28.08.2025 13:39 Təhlil

“Paydari Cəbhəsi” kimi radikal siyasi qrupların səs-küyləri çox çıxsa da, onlar cəmiyyət içində heç bir nüfuza sahib deyillər”. 

İranın Azərbaycandakı keçmiş səfiri (2004-2006), siyasətçi Əfşar Süleymani bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, İranın bəzi qeyri-rəsmi dairələrinin, xüsusilə keçmiş siyasətçilərin Zəngəzur dəhlizi və Bakı-Tehran münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. 

“Hazırkı dövrdə İranın xarici və daxili siyasətində müşahidə olunan proseslər müxtəlif baxış bucaqlarından dəyərləndirilir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr də bu kontekstdə ayrıca diqqət tələb etsə də, məsələ təkcə bu deyil, ümumilikdə İran daxilində mövcud siyasi qütblər və yanaşmalar ciddi fikir ayrılıqlarına səbəb olur.

Məsələn, nüvə proqramı ətrafında aparılan danışıqlar hələ də davam edir. İranın Xarici İşlər Nazirliyinin müavinləri Avropa ölkələri ilə Cenevrədə müzakirələr apararaq, ölkəyə qayıtdıqdan sonra bu mövzuda prezident və Ali Rəhbərlə koordinasiyalı formada qərarlar qəbul edirlər. Söhbət əsasən “snapback” mexanizmi, yəni sanksiyaların bərpa olunub-olunmaması ilə bağlı BMT qətnamələrinin taleyindən gedir. İranın qarşısında konkret vaxt çərçivəsi qoyulub. Əgər razılıq əldə olunmasa, bütün sanksiyaların yenidən qüvvəyə minməsi ehtimalı olduqca yüksəkdir. ABŞ və Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsi isə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

İran daxilində də bu proseslərə fərqli münasibət var. Parlamentdə (Məclisdə) bəzi radikal qruplar yalnız Azərbaycana qarşı deyil, ümumilikdə İranın xarici siyasət xəttinə qarşı mənfi mövqe nümayiş etdirirlər. Xüsusilə də nüvə məsələsində radikal çevrələrin “AEBA ilə əməkdaşlıq qadağandır” yanaşmasına baxmayaraq, Ali Təhlükəsizlik Şurası bu məsələdə son qərar verən orqandır və əgər şura icazə verərsə, əməkdaşlıq qanun çərçivəsində mümkündür. Yəni burada heç bir özbaşınalıq və qanun pozuntusu yoxdur”.

Sabiq səfir diqqətə çatdırıb ki, İranın Ali Təhlükəsizlik Şurasının yeni sədri Əli Laricani bu məsələnin həllinə yönəlmiş səylər göstərir. Ölkə Prezidenti Məsud Pezeşkian da bu kontekstdə sistemli formada fəaliyyət göstərir. O, dəfələrlə bəyan edib ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə məsləhətləşmədən heç bir ciddi qərar qəbul etməyəcək. Bu, həm də əvvəllər bəzi dairələrin yaratmağa çalışdığı qarşıdurma görüntüsünün qarşısını almağa xidmət edir. Pezeşkian bu taktikanı uğurla neytrallaşdıraraq, radikal qrupların əlindəki əsas siyasi “silahı” əlindən alıb.

Siyasətçi həmçinin vurğulayıb ki, hazırda İranda “Paydari Cəbhəsi” kimi tanınan radikal siyasi qruplar cəmiyyətin dəstəyindən kənarda qalıb. Onların seçkilərdəki zəif nəticələri – cəmi 3-5 faiz səs toplayaraq Məclisə düşmələri – bunun bariz göstəricisidir. Seçkilərdə xalqın Məsud Pezeşkianı seçməsi də təsadüfi deyil. Cəmiyyət, şəxsi maraqları güdməyən, islahatçı və millətinə bağlı bir lideri dəstəklədi.

“Hazırda İran-Azərbaycan münasibətlərində yüksək səviyyəli təmaslar və qarşılıqlı əməkdaşlıq davam edir. Prezidentlərimiz – Məsud Pezeşkian və İlham Əliyevin səmimi görüşləri, bir-birlərinə olan etimadı buna əsas nümunədir. Ona görə də radikal qrupların yaratmağa çalışdığı süni səs-küylər bu münasibətlərə təsir göstərə bilməz. Əksinə, sistem daxilində də bu dairələrin ölkəyə və xalqa zərər verdiyini anlayanlar artır. Artıq hakimiyyətin özü də dərk edir ki, bu qrupların fəaliyyəti İranın deyil, onun düşmənlərinin maraqlarına xidmət edir. Belə qüvvələr sistemdən uzaqlaşdırılmalıdır”.

O, sonda diqqətə çatdırıb ki, həm daxili, həm də xarici əlaqələri pozmağa çalışan bu qüvvələr yox olmağa məhkumdurlar. Azərbaycan-İran münasibətlərini sarsıtmağa həmin radikalların gücü çatmayacaq. Lakin əgər hakimiyyət həmin qüvvələrə qarşı ciddi addımlar atmasa, onlar ölkəni uçuruma aparacaqlar. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranla münasibətlərdən danışıb. Ölkə başçısı bildirib ki, biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq:

“Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu...”.

Töhfə Səməd

FOTOLAR

“Radikallar ölkəni uçuruma aparırlar” – Sabiq səfir İranın yeni siyasi xəttindən DANIŞDI — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər