Politoloq: “Qəzzada müharibə mikrotoqquşma səviyyəsinə düşüb”

Politoloq: “Qəzzada müharibə mikrotoqquşma səviyyəsinə düşüb”
19.09.2025 11:37 Təhlil

“Bu gün həm hərbi sahədə, həm də geosiyasi baxımdan konkret hədəfə nail ola bilməyən HƏMAS-a qarşı başlanan “geniş hücum” mülki əhalini çox çətin vəziyyətə salır”.

Politoloq Kazım Kazımov bunu TodayPress TV-yə şərhində bildirib.

“Artıq HƏMAS liderləri – Yəhya Sinvar, İsmayıl Haniyə, Məhəmməd Deif, Saleh əl-Aruri və digərləri döyüş səhnəsində yoxdur”

O vurğulayıb ki, Qəzzada HƏMAS-ın real hərbi qüvvəsi əhəmiyyətli dərəcədə zəifləyib:

“2 il əvvəl təşkilatın 40 minə yaxın döyüşçüsü, müasir silahları və geniş tunel şəbəkəsi mövcud idi. Lakin uzunmüddətli mühasirə və ardıcıl hərbi əməliyyatlar bu resursları demək olar ki, tükədib. Artıq HƏMAS liderləri – Yəhya Sinvar, İsmayıl Haniyyə, Məhəmməd Deif, Saleh Əl-Aruri və digərləri döyüş səhnəsində yoxdur. Tunellərin əksəriyyəti dağıdılıb, qalan döyüşçülərin sayı isə minimuma enib. HƏMAS hələ də fəaliyyət göstərir, lakin ən yaxşı halda bir neçə dəstə səviyyəsində davam edə bilir. İsrailin də həftəlik itkilərinin 2-3 əsgərə qədər azalması münaqişənin artıq mikrotoqquşmalar səviyyəsinə düşdüyünü göstərir”.

Analitikin sözlərinə görə, HƏMAS-ın köhnə lideri Yəhya Sinvarın 7 oktyabr 2023-cü ildə planlaşdırdığı “böyük müharibə” strategiyası artıq aktuallığını itirib. Sinvar İsrailə qarşı böyük şok dalğası yaratmağı və münaqişəni regional savaşa çevirməyi hədəfləyirdi. 

Onun fikrincə, ilk mərhələdə Hizbullah və Husilər kimi qruplar, sonrakı mərhələdə isə İran, Suriya, Misir və digər oyunçular müharibəyə qoşulacaqdı. 

“İranın öz proksi qüvvələri də bu prosesdə ciddi zərbələr aldı”

Bəzi ehtimallara görə, İran və onun müttəfiqləri ilə Sinvar arasında bir növ “centlmen razılaşması” mövcud idi.

“Lakin reallıq fərqli oldu. HƏMAS-ı ilk tək qoyan məhz Hizbullah oldu. Həsən Nəsrullahın rəhbərlik etdiyi qrup yalnız lokal sərhəd toqquşmaları ilə kifayətləndi. Husilər isə əsasən mediada səs-küy yaradan, lakin hərbi baxımdan təsirsiz uzaqmənzilli raket “hücumları” ilə kifayətləndilər. Əksinə, İranın öz proksi qüvvələri də bu prosesdə ciddi zərbələr aldı. “Gözləmə” əmrinə əsaslanan Tehran 12 günlük birbaşa qarşıdurmaya məcbur qaldı. İranın həyata keçirdiyi ballistik raket hücumları müəyyən mənada özünü müdafiə xarakteri daşıyırdı, lakin bölgədə strateji nəticə doğurmadı”, - deyə siyasi şərhçi izah edib.

O bildirib ki, bu gün həm hərbi sahədə, həm də geosiyasi baxımdan konkret hədəfə nail ola bilməyən HƏMAS-a qarşı başlanan “geniş hücum” mülki əhalini çox çətin vəziyyətə salır. 

Onun sözlərinə görə, İsrail hökumətindəki ultra-sağçı nazir Smotriç və Amihai Eliyahu kimi sərt mövqeli siyasətçilər Qəzza əhalisinin qanuni yurdlarını tərk etməsini tələb edir, koalisiya isə daxili qarşıdurma və dağılma təhdidləri ilə üz-üzədir.

“İsrail artıq Qətər, Suriya və Livana zərbələr endirib”

“Uzanan bu münaqişə artıq heç kimin arzulamadığı, çıxışsız bir nəticəyə doğru aparır. Son hadisələrə diqqət yetirsək, İsrail artıq Qətər, Suriya və Livana zərbələr endirib. Qətərə hücum həm Körfəz ölkələrinə bir siqnal idi. Üstəlik, zəif olsa da, mövcud olan atəşkəs ümidlərini tamamilə puç etdi. BƏƏ və digər böyük dövlətlərin bu hücumlara qarşı səssiz qalması da suallar doğurur. Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyin artması və Suriyada qeyri-sabitliyin dərinləşməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir. “Qəzzalıları sürgün etmək” planı praktik olaraq effektsiz görünür. Fələstinlilər tarixdə Livan və İordaniyaya köç edənlərin qarşılaşdığı çətinlikləri yaxşı xatırlayır. Bu gün də on minlərlə qaçqın ağır şəraitdə yaşamağa çalışır. Ona görə də qəzzalıların doğma torpaqlarını tərk etməmək uğrunda müqaviməti gözləniləndir. Bu vəziyyət isə İsrailin əsir düşən vətəndaşlarını azad etmək imkanlarını da əhəmiyyətli dərəcədə azaldır”, - deyə K.Kazımov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Qəzzaya qarşı yenidən genişmiqyaslı hərbi əməliyyat həyata keçirilir. Təkcə son 24 saat ərzində aclıq və davam edən bombardman nəticəsində 98 nəfər həyatını itirib. Ümumi itki sayı isə artıq 62 mini keçib. 

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Politoloq: “Qəzzada müharibə mikrotoqquşma səviyyəsinə düşüb” — 1
XƏBƏR LENTİ
02 AVQUST 2026
Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 Bütün Xəbərlər