Politoloq: "Ermənistanı Moldovanın taleyi gözləyir"

Politoloq: "Ermənistanı Moldovanın taleyi gözləyir"
15.12.2025 18:16 Təhlil

Ermənistan 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində xarici müdaxilələrin qarşısının alınması məqsədilə Avropa İttifaqından (Aİ) dəstək istəyib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistanla bağlı məsələni müzakirə edəcəklər. O, həmçinin Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyi iddialarını xatırladıb.


Maraqlıdır, Avropa İttifaqının Ermənistan seçkilərinə “xarici müdaxilədən qorunma” adı altında cəlb olunması bu prosesi texniki dəstəkdən siyasi nəzarət müstəvisinə keçirə bilərmi? 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Asif Nərimanlı bildirib ki,  bu Ermənistan üçün riskdir:

"Avropa İttifaqının Ermənistana, guya Ermənistandakı seçkilərə xarici müdaxilənin qarşısını almaq məqsədilə müdaxilə etməsi əslində həmin seçkiləri nəzarətə götürmək və Paşinyanın qalibiyyətini təmin etmək niyyəti daşıyır. Hesab edirəm ki, bu yanaşma Ermənistan üçün riskli perspektivlər vəd edir".


Onun fikrincə, Rusiya seçkiyə təsir edə bilən əsas gücdür: 

"Çünki mövcud şərtlərə baxdıqda, Ermənistandakı seçkilərə real şəkildə müdaxilə edə biləcək əsas ölkə Rusiyadır və Rusiyanın mövqeyi hazırda heç də kəskin deyil. Rusiya tərəfindən verilən rəsmi açıqlamalardan, eləcə də Rusiya mediasında yayılan məlumatlardan görünür ki, Moskva 2026-cı il seçkilərində Ermənistanda hakimiyyət dəyişikliyini planlaşdırmır".

Analitik qeyd edib ki, Rusiya revanşistlərin gəlişini sülhü və regional arxitekturanı  riskə çevirən amil sayır:

"Bir tərəfdən Rusiya anlayır ki, belə bir hakimiyyət dəyişikliyi regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər. Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycan–Ermənistan sülh prosesinə necə təsir göstərəcək, eləcə də Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi və təhlükəsizlik arxitekturasının hansı istiqamətdə inkişaf edəcəyi öncədən proqnozlaşdırıla bilmir. Bu, Rusiya üçün qeyri-müəyyən və riskli perspektivdir".


O,  həmçinin bildirib ki, digər tərəfdən, Rusiya mövcud şərtlərdə diqqətini əsasən Ukrayna cəbhəsinə yönəltdiyi bir vaxtda, Cənubi Qafqazda əlavə gərginlik istəmir. Cənubi Qafqaz Rusiyanın sərhədləri yaxınlığında yerləşən və müdaxiləyə açıq, həssas regionlardan biridir. Moskva bu coğrafiyada hazırda sabitlik və sakitlikdə maraqlıdır. Məhz buna görə də Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəmir.

"Bundan əlavə, Rusiya Paşinyan hakimiyyətinin hazırkı mərhələdə kifayət qədər güclü olduğunu qəbul edir və seçkilərə birbaşa müdaxilə etmədən, Paşinyan yenidən seçilərsə, onunla münasibətləri davam etdirməkdə maraqlıdır. Yəni Rusiya kəskinləşmədə maraqlı deyil.Lakin Avropa İttifaqının bu prosesə açıq şəkildə müdaxiləsi Rusiyanın da mövqeyini sərtləşdirə və Rusiyanın öz növbəsində prosesə müdaxiləsini şərtləndirə bilər. Bu baxımdan Avropa İttifaqının tutduğu mövqe həm Ermənistan üçün, həm də birbaşa Paşinyan hakimiyyəti üçün mənfi nəticələr doğura bilər".


A.Nərimanlının fikrincə, Avropa İttifaqı prosesə bu şəkildə müdaxilə edərsə, Ermənistanda Moldova ssenarisinin təkrarlanması mümkündür. Xatırladaq ki, Moldovada son seçkilər zamanı Rusiya ilə Avropa İttifaqı arasında kəskin siyasi mübarizə baş verdi. Nəticədə Avropa İttifaqı üstün gəlsə də, bu, Moldova üçün müsbət siyasi vəziyyət yaratmadı. Ölkə faktiki olaraq Rusiya ilə açıq düşmən mövqeyinə keçdi ki, bu da Moldova üçün əlavə risklər və problemlər formalaşdırdı.

"Ermənistan üçün də oxşar proses baş verə bilər. Avropa İttifaqının müdaxiləsi nəticəsində, hətta Paşinyan yenidən hakimiyyətdə qalsa belə, sonrakı mərhələdə Ermənistan üçün ciddi risklər yarana bilər".

Politoloq, onu da  vurğulayıb ki, Rusiya Ermənistanda hələ də güclüdür: 

"Üstəlik, Moldovadan fərqli olaraq Rusiyanın Ermənistanda təsir imkanları daha genişdir. Rusiya tarixən Ermənistanı özünün forpostu hesab edib. Hazırda bu təsir müəyyən qədər zəifləsə də, Rusiyanın Ermənistandan tamamilə çəkildiyini demək olmaz. Nəzərə almaq lazımdır ki, bu ölkədə hələ də Rusiyanın hərbi bazası mövcuddur".

Analitik deyib ki,  bu kontekstdə Avropa İttifaqının müdaxiləsi seçkiləri nəzarətə götürmək və Paşinyanı qalib etmək məqsədi daşıyır. Bu isə Rusiyanın ya birbaşa müdaxiləsinə, ya da sonrakı mərhələdə Paşinyan hakimiyyətinə qarşı daha sərt mövqe sərgiləməsinə gətirib çıxara bilər ki, bu da Ermənistan üçün əlavə risklər deməkdir.Hətta demək olar ki, Avropa İttifaqının müdaxiləsi fonunda Rusiya ilə Aİ-nin Ermənistanda toqquşması daxili siyasi qarşıdurma yarada bilər. Rusiyaya bağlı müxalifət və revanşist qüvvələr üçün 2026-cı il seçkiləri həlledici xarakter daşıyır.


Ekspert sonda əalvə edib ki, Rusiya revanşistləri gücləndirib qarşıdurmanı artıra bilər: 

"Bununla belə, Rusiya bu qüvvələri tam şəkildə və açıq formada dəstəkləmir. Səbəb yenə də eynidir: Moskva Ermənistanda qarışıqlıq istəmir və anlayır ki, böyük ehtimalla Paşinyan yenidən seçiləcək. Bu halda Rusiya onunla işləməyə üstünlük verir. Lakin kənar müdaxilə olacağı təqdirdə, Rusiya revanşist müxalifəti daha aktiv şəkildə dəstəkləyə bilər ki, bu da seçkilərin qarşıdurma müstəvisinə keçməsinə və Ermənistanda daxili sabitliyin pozulmasına səbəb ola bilər".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər