Niderlandda siyasi labirint — Heç bir partiya çoxluq əldə edə bilmədi

Niderlandda siyasi labirint — Heç bir partiya çoxluq əldə edə bilmədi
31.10.2025 12:59 Təhlil

Niderlandda keçirilən parlament seçkilərində “Demokratlar 66” (D66) partiyası 150 yerlik parlamentdə 27 mandatla lider olub.

Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyası (PVV) 25 yer qazanıb. Heç bir partiya mütləq çoxluq əldə etmədiyindən, hökumət qurmaq üçün ən azı 76 yerlik koalisiya formalaşdırılmalıdır.

Seçici fəallığı 76,3% təşkil edib ki, bu da ötən seçkilərlə müqayisədə bir qədər azdır.

Parlamentdə heç bir partiyanın mütləq çoxluq qazana bilməməsi Niderlandı uzunmüddətli siyasi qeyri-müəyyənliyə aparırmı? Koalisiya qurmaq çətinliyi ölkənin beynəlxalq mövqelərinə və Aİ siyasətinə necə yansıyacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Niderlandın siyasi mənzərəsi bu gün açıq şəkildə dərin struktur böhranının göstəricisidir:


"Seçkilərdən sonra yaranan tablo artıq sistemin öz daxilində tükəndiyini göstərir. Parlamentdə heç bir partiyanın mütləq çoxluq əldə edə bilməməsi idarəetmə mexanizmini iflic vəziyyətinə salıb.

Siyasi proseslər ideyalar və proqramlar əsasında yox, kreslo bölgüsü və taktiki razılaşmalar üzərində qurulub. Hökumət formalaşdırılması aylarla çəkir, nəticədə məsuliyyət hissi tamamilə itir. Bu, demokratiya deyil, idarəetmə yorğunluğunun klassik nümunəsidir".

Ekspert əlavə edib ki, Niderlandın siyasi elitası uzun illərdir real sosial problemlərlə təmasdan uzaq düşüb. Cəmiyyətin gündəlik narahatlıqları – yaşayış, təhlükəsizlik, mədəni dəyərlər hökumətin gündəminə çevrilmir. “Tolerantlıq” və “liberal dəyərlər” kimi anlayışlar indi yalnız siyasi ritorika kimi səslənir, məzmununu çoxdan itirib:

"Daxildə konsensus mədəniyyəti formal səviyyədə qalıb, amma real birləşdirici ideya yoxdur. Siyasətdə mərkəz boşalıb, radikallıq və populizm isə bu boşluğu doldurur. Dövlət idarəçiliyi sanki avtopilotdadır – mexanizmlər işləyir, amma istiqamət yoxdur".

T.İsmayılov xarici siyasətdə də eyni qeyri-müəyyənliyin müşahidə olunduğunu bildirib:

"Niderland bir vaxtlar Avropa masasında fikir formalaşdıran ölkə idisə, indi sadəcə ümumi qərarlara qoşulan passiv iştirakçıdır. Bu, sistemin gücsüzlüyünün təzahürüdür.

Nəticə etibarilə, Niderland artıq sabitlik modeli deyil – idarəetmənin içində öz dinamizmini itirmiş, konseptual boşluqda qalan bir dövlətdir. Bu vəziyyət davam edərsə, ölkə siyasi baxımdan texniki, lakin mənəvi cəhətdən donmuş sistemə çevriləcək".

Qeyd edək ki, Seçki Şurasının gələn həftənin sonunda nəticələri rəsmən təsdiq edəcəyi gözlənilir.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəlib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər