Netanyahunun siyasi taleyi: Atəşkəs və gizli razılaşmanın sirrləri

Netanyahunun siyasi taleyi: Atəşkəs və gizli razılaşmanın sirrləri
13.10.2025 10:04 Təhlil

“Qəzzada Fələstinin radikal HƏMAS hərəkatı silahlarını təhvil verməyəcək”.

Məlumata görə, bu barədə “AFP” agentliyinə HƏMAS nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, təklif olunan tərksilah məsələsi istisnadır və müzakirə mövzusu deyil.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl bəyan edib ki, HƏMASın silah təhvil verməsi məsələsi sülh planının ikinci mərhələsində nəzərdən keçiriləcək.

Mövzunu TodayPress TV-yə şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunu hakimiyyətdə saxlayan yeganə amil məhz müharibə idi:

"Nəhayət, Yaxın Şərqdə sular durulurdu, ABŞ hər iki tərəfi atəşkəsə razı salmışdı. Təsadüfü deyil ki, bu atəşkəs İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərindən sonra baş verdi. Əslində, Netanyahunun siyasi taleyi müharibədən asılı idi. Məntiqi olaraq atəşkəsdən sonra Netanyahu hakimiyyətdən getməli idi. Niyə? Çünki nəinki İsrail xalqı, hətta Netanyahunun komandasında olan bir çox siyasi fiqurlar da onun bu siyasətinə qarşı çıxırdı. Netanyahu bu gün beynəlxalq ictimaiyyətdə cinayətkar kimi tanınır".

Ekspert hesab edir ki, Tramp ilə Netanyahu arasında artıq razılaşma əldə olunub:

“Tramp Netanyahuya vəd verib ki, onun hakimiyyətdə qalması üçün əlindən gələni edəcək və hakimiyyətinə olan təhdidi aradan qaldıracaq. Bunun qarşılığında isə Netanyahu müharibəni bitirəcək. Çox güman ki, belə bir razılaşma olub. Əgər Netanyahu bir müddət də hakimiyyətdə qalarsa, biz bundan tam əmin ola bilərik ki, həqiqətən də belə razılaşma əldə olunub”.

Analitik qeyd edib ki, Trampın və İsrailin əsas şərtlərindən biri HƏMASın tərksilah olunması idi:

“Hətta Tramp bununla bağlı HƏMASa xəbərdarlıq etmişdi. İndi isə HƏMAS silahı yerə qoymur. Bu, yeni gərginliyə səbəb ola bilər və atəşkəsin kövrəkliyini artıra bilər. İsrailin HƏMASın bu addımından istifadə etməsi ilə yenidən müharibənin başlaması ehtimalı var".

Onun fikrincə, Tramp bu məsələ ilə ciddi məşğul olacaq:

“Trampa da sərf etmir ki, HƏMAS İsrailə bəhanə versin və İsrail də bundan istifadə etsin. Yəqin ki, HƏMASa təzyiqlər ediləcək. Hansısa formada HƏMAS ABŞ-nin təzyiqlərini hiss edəcək.

Tramp indiyə qədər müharibələri həm də Nobel Sülh mükafatını qazanmaq üçün bitirməyə çalışırdı, lakin həmin mükafat Venesueladan olan müxalifətçiyə verildi və Tramp kənarda qaldı. İndi onun belə bir ambisiyası yoxdur. Buna baxmayaraq, Tramp bu məsələləri yenə də həll etməyə çalışacaq. Çünki o, biznesmendir və ona sərf edir ki, müharibə bitsin, ticari-iqtisadi əlaqələr inkişaf etsin, investisiyalar artsın və s. Amma əvvəlki kimi bu məsələlərə həssas yanaşmaya bilər".

K.Novruzov gedişatın istiqamətinin tamamilə dəyişə biləcəyini proqnozlaşdırıb:

"Bir müddətdən sonra əgər HƏMAS Trampın tələblərini qulaqardına vurarsa və silahı yerə qoymaqdan imtina edərsə, Tramp İsraildən HƏMASa qarşı istifadə edib, onu məhz İsrail vasitəsilə cəzalandırmaq barədə düşünə bilər".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Netanyahunun siyasi taleyi: Atəşkəs və gizli razılaşmanın sirrləri — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Bütün Xəbərlər