NATO rusların addımlarını izləyir - Kreml Baltikdə nə planlaşdırır?

NATO rusların addımlarını izləyir - Kreml Baltikdə nə planlaşdırır?
03.12.2025 16:52 Təhlil

“Rusiyanın Baltik ölkələrinə hücum təhdidi mövcuddur, lakin NATO rusların addımlarını diqqətlə izləyir”.

Bunu NATO Birləşmiş Dəniz Komandanlığının rəsmisi Arlo Abrahamson bildirib.

“NATO çoxməqsədli yanaşmaya malik dəniz qüvvələri alyansıdır. Burada bir neçə məqsəd var. Birincisi vəziyyətin daim anlaşılmasıdır. Bu çox vacibdir, çünki həm də müttəfiqlərə sürətlə reaksiya vermək imkanı yaradır və istənilən ziyanverici fəaliyyət ola bilər. İstər Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən olan təhdid, istərsə də hazırda kim olduğunu və nə etdiyini anlamadığımız ziyanverici subyektdən qaynaqlanan diversiya təhdidi. Lakin bu, vəziyyəti anlamağa və lazım olduqda birgə şəkildə müvafiq qaydada reaksiya verməyə kömək edir”, - deyə o bildirib.

Maraqlıdır, Rusiya Baltik ölkələrinə hücumu düşünürmü? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Rusiyanın maksimalist iddialarının ən böyük səbəbkarları Ukrayna–Rusiya münaqişəsində siyasi katalizator rolunu oynayan ABŞ və Avropa İttifaqı (Aİ) ölkələridir:


“Birinci səbəb ondan ibarətdir ki, bu ölkələr müharibə öncəsi Ukraynaya verdikləri vədlərin çox az hissəsini yerinə yetirdilər. İkinci səbəb Rusiyaya tətbiq olunan sanksiyaların Dövlət Dumasının sədrinin müharibənin ilk günlərində proqnoz etdiyi kimi ölümcül olmamasıdır. Yəni 19 sanksiya paketinə baxmayaraq, ABŞ və Aİ ölkələri hələ də Rusiyanın ticarət tərəfdaşları olaraq qalırlar. Rusiya Prezidenti Vladimir Putin isə fürsət düşdükcə bu məqamı onlara xatırladır. Üçüncü səbəb isə nəinki ABŞ və Aİ ölkələri arasında, hətta Avropa ölkələrinin öz aralarında belə bu günə qədər vahid mövqenin formalaşmamasıdır. Səbəbləri daha çox sadalamaq olar. Şübhəsiz ki, Rusiya Prezidenti və xüsusi xidmət orqanları bütün bu nüansları diqqətlə izləyirlər”. 

Ekspert Rusiyanın bir müddət əvvəl nəbz yoxlama taktikası həyata keçirdiyini xatırladıb:

“Rusiya Avropa ölkələrinin zəif nöqtələrini müəyyənləşdirmək üçün həmin dövlətlərin hava məkanına kəşfiyyat dronları göndərdi. Bu zaman NATO-nun nə 5-ci, nə də 4-cü maddəsi ilə bağlı ciddi müzakirə aparıldı. NATO sanki belə bir hadisə baş verməmiş kimi davrandı. Məhz bundan sonra Rusiya Ukraynada daha sərt davranmağa başladı və NATO yenə də müşahidəçi mövqeyini tərk etmədi. Lakin bu, o demək deyil ki, Rusiya NATO-ya istədiyi vaxt hücum edə bilər. Bu günün reallığında belə bir perspektiv görünmür. Çünki Rusiyanın Ukrayna labirintindən necə və nə vaxt çıxacağı hələ də sual altındadır. Rusiyanın insan və hərbi resursları, eləcə də iqtisadi sferadakı itkiləri olduqca böyükdür və bu itkilər hər gün davam edir. Elə həftələr olur ki, ölkə ehtiyat fondundan 12 milyard dollara qədər vəsait əriməklə üzləşir. İnsan resursları da tükənməz deyil. Əks halda, Şimali Koreyadan, Afrikadan və Hindistandan muzdlu döyüşçülər cəlb etməyə ehtiyac duymazdı”.

Bakir Həsənbəyli bir müddət əvvəl Böyük Britaniya nəşrlərindən birinin Rusiyanın tank, artilleriya və zirehli avtomobil ehtiyatlarının 14–19% civarında qaldığını iddia etdiyini qeyd edib:

“Rusiyanın ehtiyat fondunun 65%-nin xərcləndiyi də eyni iddialar arasındadır. Hətta bir qədər əvvəl Rusiya Mərkəzi Bankının sədri Putinə məruzə zamanı bank sektorundakı kritik vəziyyəti diqqətinə çatdırmışdı.

Bütün bunları nəzərə alsaq, yaxın bir neçə ildə Rusiyanın Aİ ölkələrindən hər hansı birinə hücum ehtimalını yüksək faizlə qiymətləndirmək mümkün deyil. Aİ ölkələri bu ehtimalın 2030-cu illərdə yarana biləcəyini düşünürlər. 2030-cu ilə qədər isə yeni dünya düzəninin formalaşması prosesinin başa çatacağı güman olunur. ABŞ və Aİ ölkələrinin məqsədi Rusiyanı zəiflədərək bölgədə yalnız epizodik təsirlə kifayətlənməsinə nail olmaqdır. Buna hansı səviyyədə nail olunacağı isə prosesin gedişində bəlli olacaq. Həmin dövrə qədər NATO-nun yenidən toparlanması prosesi də diqqətdən kənarda saxlanmamalıdır”.

Ekspertin sözlərinə görə, məsələyə nüvə silahı kontekstindən baxdıqda isə vəziyyət sadə deyil. Bütün liderlərin dilə gətirdiyi əsas fikir budur: nüvə silahı yalnız güc nümayişi üçündür.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Bütün Xəbərlər