Millət vəkili: “Rusiya təzyiq və təhdid dili ilə çıxış edir”

Millət vəkili: “Rusiya təzyiq və təhdid dili ilə çıxış edir”
18.07.2025 14:46 Təhlil

“Rəsmi Bakı hər zaman qonşuluq əlaqələrinin yüksək səviyyədə olmasına xüsusi diqqət və qayğı ilə yanaşıb. 2022-ci ilin fevralında da bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün konkret addımlar atılıb.  Bütün bunlara baxmayaraq, Rusiya tərəfi son hadisələrdə fərqli mövqe sərgiləyərək təzyiq və təhdid dili ilə çıxış edir. Xüsusilə, AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiya üzrxahlıq etmək və cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycana qarşı müxtəlif təzyiq alətlərini işə salmağa başlayıb. Son günlərdə isə Azərbaycan diasporasının və Yekaterinburqdakı nümayəndələrinin Rusiyada sıxışdırılması, onlara qarşı təhdidlərin və zorakılıqların artması, iki ölüm hadisəsinin qeydə alınması, həmçinin nümayəndəlik rəhbəri Şahin Şıxlinskinin beynəlxalq axtarışa verilməsi və oğlunun iki ay müddətinə həbs olunması siyasi motivli addımlar kimi qiymətləndirilməlidir”.

Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, son zamanlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə yaranan gərginliyə görə əsas məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. 

Millət vəkili diqqətə çatdırıb ki, Rusiya tərəfi bütün bu prosesləri daxili iş kimi təqdim edərək, məsələyə müdaxilə edilməməli olduğunu iddia edir. Halbuki bu, tamamilə yalandır və həqiqətin təhrif olunmasıdır. 

“Bu, münasibətlərdə yeni təhlükəli çatların yaranmasına səbəb ola bilər”, - deyə o bildirib.

Deputat sonda vurğulayıb ki, gərginlik regionda Rusiyanın maraqlarına da zərbə vura bilər.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib. 

Xatırladaq ki, bundan əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvalını iki ay müddətinə həbs edib. Buna səbəb iyulun 1-də “Baku Plaza” yaxınlığında baş verən hadisə olub. Həmin vaxt FTX əməkdaşları avtomobildə olan diaspor rəhbərinə hücum edib. Sükan arxasında olan Mutvalı hücumdan yayınmaq üçün maşını arxaya verəndə güc strukturu orqanın əməkdaşını vurub. O, məhkəmədə sağ tərəfində olan mühafizəçini görmədiyini və baş verənlərdən peşman olduğunu bildirib. Şahin Şıxlinski də bir neçə gün öncə həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər