Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?
11.07.2025 16:47 Təhlil

“Kremlin Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidəki görüşü barədə mövqeyinə daha çox protokol xarakterli bəyanat kimi yanaşmaq lazımdır”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Siyasətçi vurğulayıb ki, hazırkı mərhələdə Rusiya rəsmən danışıqlar prosesini dəstəklədiyini və sülhə töhfə verməyə hazır olduğunu bəyan etsə də, əslində, Moskva üçün öz iştirakı və vasitəçiliyi olmadan aparılan danışıqlar məqbul sayılmır:  

“Rusiya uzun illərdir Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək yolu ilə həm öz maraqlarını qorumağa, həm də tərəflər üzərində təsir imkanları qazanmağa çalışıb. Bu baxımdan Rusiya üçün vasitəçilik yalnız diplomatik təşəbbüs deyil, eyni zamanda siyasi alətdir.

Təsadüfi deyil ki, bir müddət əvvəl Yekaterinburq insidenti ilə bağlı Azərbaycanın verdiyi notaya cavab olaraq Rusiya XİN-in bəyanatında, üçüncü tərəfin iki ölkə arasında münasibətləri pozmağa çalışmasından bəhs olunmaqla yanaşı, Qərbin Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxarmağa cəhd etdiyi də xüsusi vurğulanıb.

Başqa sözlə desək, Rusiya üçün bu gün Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək prioritet məsələdir. 2020-ci il 10 noyabr Bəyanatında da Rusiyanın bu danışıqlardan necə geosiyasi dividendlər əldə etməyə çalışdığı açıq görünür. Sənəddə Zəngəzur dəhlizinə nəzarətin məhz Rusiya sülhməramlılarına həvalə olunması bu yanaşmanın bariz nümunəsidir”.

Ekspert Əbu-Dabi görüşünə toxunub:

“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların hər hansı neytral ölkədə, xüsusən də ABŞ-yə yaxın sayılan BƏƏ-də aparılması, şübhəsiz ki, Moskvanın narazılığına səbəb olur.

Bu kontekstdə Kremlin son bəyanatını səmimi sülh təşəbbüsü kimi deyil, daha çox diplomatik protokol qaydalarına uyğun verilmiş, simvolik xarakter daşıyan açıqlama kimi dəyərləndirmək məqsədəuyğundur. Rusiya, şübhəsiz, sülhün əldə olunmasında maraqlı ola bilər, lakin bu maraq yalnız özünün də prosesdə aktiv rol alması şərti ilə aktuallığını qoruyur”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək.

Qiymət Mahir

FOTOLAR

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Bütün Xəbərlər