Gərginlik artır: Qarşıdurma İsrail və İran tərəfinin dili ilə – ŞƏRH

Gərginlik artır: Qarşıdurma İsrail və İran tərəfinin dili ilə – ŞƏRH
16.06.2025 11:57 Təhlil

İsrailin Yaxın Şərq və İran üzrə tanınmış eksperti Maykl Borodkin və İranın Azərbaycandakı keçmiş səfiri (2004-2006), siyasətçi Əfşar Süleymani İsrail-İran qarşıdurmasını TodayPress TV-yə şərh ediblər. 

Maykl Borodkin bildirib ki, Tehran rəhbərliyinin əsas məqsədi İsrail dövlətini məhv etməkdir və hakimiyyət bu istiqamətdə fəaliyyət göstərir.

“İran təkcə siyasi ritorika ilə kifayətlənmir, həm də birbaşa təhlükə yaradan addımlar atır. Bütün bunlar 2023-cü il oktyabrın 7-də planlaşdırılmış və icra olunmuş terror aktını, eləcə də beynəlxalq müşahidəçilərin məlumatına əsasən, nüvə silahı əldə etmək yolunda irəliləməsini nümunə kimi göstərir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) də son hesabatı İranın nüvə silahlarının yayılmaması haqqında müqaviləyə sadiq qalmadığını göstərir. Belə olan halda, İsrailin bu proqramı hərbi güc yolu ilə dayandırmaqdan başqa alternativi qalmır. Diplomatik səylər illərdir davam etsə də, nəticə vermədi. İran bütün razılaşmalardan yayınaraq nüvə silahı hazırlamaq niyyətindən əl çəkmədi”.

Ekspert diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa ölkələrinin çağırışlarına baxmayaraq, İsrailin özünü müdafiə etmək hüququ beynəlxalq hüquqla tanınır və bu çərçivədə qərar verilib. ABŞ prezidenti Donald Trampın İranı əvvəlcədən xəbərdar etməsi ilə yanaşı, İsrailə hərbi dəstək vədi verməsi də bu əməliyyat gözlənilən olduğunu göstərir: 

“Ümumiyyətlə, bu hərbi əməliyyatla İsrailin təhlükəsizliyi təmin olunacaqmı? Əsas məsələ bu deyil. Əsas məsələ budur ki, İsrailin başqa çıxış yolu yox idi. Tehran da güzəştə getmək istəmədi”.

Analitik onu da istisna etmir ki, bu əməliyyat İran daxilində siyasi nəticələr doğura bilər. Hazırkı hökumətin zəifliyi İran xalqı üçün də aydın şəkildə görünməyə başlayıb və bu, gələcəkdə ölkədə xalq etirazlarının güclənməsinə səbəb ola bilər:

Siyasətçi Əfşar Süleymani isə TodayPress TV-yə danışarkən iddia edib ki, İsrailin İrana hücumu ABŞ-nin, xüsusilə də prezident Donald Trampın “yaşıl işığı”ndan sonra həyata keçirilib. 

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qətnaməsindən 1 gün sonra və İranla ABŞ nümayəndələri arasında nüvə danışıqlarının 6-cı raunduna 2 gün qalmış belə bir hücumun baş verməsi ondan xəbər verir ki, Ağ Ev yalan vədlərlə çıxış edir. Çünki ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçinin müzakirələri olan zaman Amerika tərəfi qəbul etmişdi ki, İranın uranının 3,67%-ə qədər, yəni nüvə silahı yaratmaq üçün lazım olan səviyyədən aşağı zənginləşdirilməsi qalsın. Belə bir şifahi razılıq var idi, lakin onlar öz sözlərindən döndülər. Məsələni çətinləşdirdikdən sonra ümumiyyətlə icazə verilmədiyini bildirdilər, AEBA-dan da həmin qətnaməni çıxartdılar. İndi isə istəyirlər ki, İranın nüvə məsələsini BMT-nin Təhlükəsizlik Şurasına qaytarsınlar. ABŞ bütün mövcud olan siyasi-iqtisadi təzyiqlərdən sonra, hərbi təzyiqi də məhz İsrail vasitəsilə həyata keçirdi. Burada müəyyən dəstəklərin də olduğunu görürük”. 

Onun qənaətincə, beynəlxalq sistemdə haqq-ədalət və hüquqi yanaşma yoxdur. Diplomat bu məsələdə Azərbaycanın Qarabağ məsələsini nümuə gətirib. O bildirib ki, işğal dönəmində BMT-nin qətnamələri həyata keçirilməyib, üstəlik ATƏT-in Minsk qrupu da məsələyə daxil edilib, amma heç bir nəticə əldə edilməyib. Sonda Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə öz qüvvəsi, iradəsi, xalqının dəstəyi və hərbi gücü sayəsində suverenliyini bərpa etməyə nail olub. 

“Hər şey göz qabağındadır. Ümumiyyətlə, dövlətlər məsələyə qarışmayıb, öz maraqlarını üstün tuturlar. Son 1 il yarımda İsrailin endirdiyi zərbələr nəticəsində 60 min fələstinli həyatını itirib, Qəzza yerlə-yeksan olub. Heç bir qüvvə isə bu məsələdə səsini çıxarmır, üstəlik başda ABŞ olmaqla Qərb də İsraili dəstəkləyir", - deyə sabiq səfir əlavə edib.    

O, müsəlman ölkələrini bu məsələdə heç bir iş görməməkdə günahlandırıb: 

"Onlar hərəsi öz maraqlarına uyğun addım atırlar. Bəzi Fars körfəzində olan ölkələr İsrailin hücumunu pisləsələr də, bununla heç nə həll olmur. İranın tələbinə əsasən BMT-nin Təhlükəsizlik Şurası toplansa da, bu da məsələni həll etməyəcək. Çünki orada da ABŞ var. Rusiya və Çin isə sözdə İranı dəstəkləyirlər, ancaq əməldə heç bir şey yoxdur. Yəni, vəziyyət heç də yaxşı deyil, pisə doğru gedir”. 

O, sonda diqqətə çatdırıb ki, qarşıdurmanın gələcəkdə hansı nəticələr verəcəyini tam olaraq proqnozlaşdırmaq mümkün deyil. İran zərbələr endirə bilər, amma böyük ehtimal ki, hadisələr daha çox İslam Respublikasının ziyanına işləyəcək.

Töhfə Səməd

FOTOLAR

Gərginlik artır: Qarşıdurma İsrail və İran tərəfinin dili ilə – ŞƏRH — 1
Gərginlik artır: Qarşıdurma İsrail və İran tərəfinin dili ilə – ŞƏRH — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Bütün Xəbərlər