“Generallar əliboş gəlməyiblər”... — Qrexovun səfərinin PƏRDƏARXASI

“Generallar əliboş gəlməyiblər”... — Qrexovun səfərinin PƏRDƏARXASI
28.02.2026 16:23 Təhlil

Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi nümayəndə heyətinin fevralın 25-də Azərbaycana gözlənilməz səfəri ətrafında müzakirələr davam edir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, Rusiya nümayəndə heyəti müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb. 


Yuri Qrexov silahlanma sahəsinə cavabdeh şəxsdir. Bu, səfərin siyasi deyil, daha çox texniki-peşəkar xarakter daşıdığını göstərir.

Maraqlıdır, Azərbaycan Rusiya istehsalı olan hərbi sistemlərdən tam imtina etmək niyyətindədir, yoxsa?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini, general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bir neçə mühüm məqsədə xidmət etdiyini bildirib:


“Birincisi regional və qlobal təhlükəsizlik, həmçinin iki dövlət arasında hərbi-strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləridir. Azərbaycan Moskvanın patronajlığı altında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasa da, bu təşkilatda təmsil olunan dövlətlərlə Ermənistan istisna olmaqla strateji müttəfiqdir. AZAL-ın sərnişin təyyarəsinin vurulmasından sonra iki dövlət arasında dərin soyuqluq yarandı. Kremlin qeyri-dost mövqeyi və verdiyi vədlərə əməl etməməsi səbəbindən münasibətlərdəki sərinlik hələ də qalmaqdadır”.

Ekspertin sözlərinə görə, Azərbaycan ordusuna gəlincə, artıq Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması və modernləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Ordunun silahlanması və komplektləşdirilməsində alternativ istiqamətlər tətbiq edilir. Azərbaycan son dövrlərdə öz silah sənayesini də xeyli dərəcədə təkmilləşdirib və genişləndirib. Bakı artıq dünya silah ixracatçısı olmaq iddiasını ortaya qoyub və bu istiqamətdə müəyyən uğurlara imza atmaqdadır. Silah bazarında Azərbaycan istehsalı olan silahlara tələbat və diqqət artır.


“Bu isə o deməkdir ki, Rusiya istehsalı olan silahlara Bakının ehtiyacı getdikcə azalır. Görünür, rusiyalı generalın Azərbaycana səfəri müəyyən mənada itirilən bazara yenidən qayıtmaq cəhdi kimi də qiymətləndirilə bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun arsenalında Rusiya istehsalı olan silahlar mövcuddur və bundan tam imtina olunmayıb.

Ortada hər hansı razılaşmalarla bağlı rəsmi məlumat olmasa da, heç şübhəsiz ki, generallar əliboş gəlməyiblər. Onların hansısa təkliflər və ya sənədlərlə Bakıya gəldiyini ehtimal etmək olar”, - deyə Əli Orucov fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər