Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir - VİDEO

Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir - VİDEO
13.07.2026 13:49 Təhlil

Bu gün Azərbaycanın Şuşa şəhərində “Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilib.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib, forum iştirakçıları ilə görüşüb və jurnalistlərin suallarını cavablandırıb. Tədbirə 54 ölkədən 160-dan çox media nümayəndəsi, ekspert və rəsmi şəxs qatılıb.

Erməni mediası hadisəni məhdud, lakin xarakterik şəkildə işıqlandırır. Ən aktiv mənbə "News.am" saytıdır. Sayt Prezident İlham Əliyevin forumdakı çıxışlarını əsasən iki istiqamət üzrə təqdim edib.

Birinci xəbərdə Prezident İlham Əliyevin Ermənistanın yanacaq təchizatında Azərbaycanın "etibarlı mənbə" rolunu vurğuladığı qeyd olunur. O bildirib ki, Ağ Evdə sülh müqaviləsinin paraflanmasından sonra məhdudiyyətlər birtərəfli qaydada aradan qaldırılıb və Azərbaycan vasitəsilə Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton yük, eləcə də 10 mindən çox ton neft məhsulu çatdırılıb. Xəbərdə "Şuşa (i.e. Shushi)" qeydi saxlanılaraq erməni mövqeyi qorunub.

İkinci xəbərdə ("Հայաստանին առնչվող հարցերում հայ օլիգարխն աջակցել է Օկամպոյին. Ալիև") Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair fikirlərinə yer verilib. Bildirilir ki, onun sözlərinə görə, Josep Borrellin dövründə münasibətlər "demək olar ki, tam çöküş" vəziyyətinə düşmüş, "anti-Azərbaycan qrupu" və "erməni oliqarx" keçmiş prokuror Luis Moreno Ocampoya dəstək vermişdi. Prezident qeyd edib ki, hazırda isə Ursula fon der Lyayen, Kaya Kallas və digər yüksək səviyyəli rəsmilərin səfərləri nəticəsində Brüssellə əməkdaşlıq yaxşılaşmağa başlayıb.

"Armenpress" və "Sputnik Armenia" forum haqqında geniş material dərc etməyib. Ümumilikdə erməni mediası tədbiri "işğal olunmuş Şuşi"də keçirilən təbliğat tədbiri kimi təqdim edir və mövzunu geniş təhlil etməkdən yayınırlar.

Erməni mediasının əsas diqqəti enerji əməkdaşlığı və beynəlxalq siyasət məsələlərinə yönəlib. Prezident İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavablar erməni auditoriyası tərəfindən əsasən "Azərbaycanın qələbəçi ritorikası" kimi qiymətləndirilir.

Forum çərçivəsində Qarabağın yenidən qurulması ilə bağlı təqdim olunan məlumatlar da erməni mediasında tənqidi şəkildə şərh olunur. Həkəriçay ətrafında həyata keçirilən yol, su təsərrüfatı və körpü layihələri "işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti" və "demoqrafik dəyişiklik" cəhdi kimi təqdim edilir. Bu mövzu əvvəlki illərdə olduğu kimi, yenə də "mədəni irsin mənimsənilməsi" iddiaları ilə əlaqələndirilir.

Erməni ictimaiyyəti forumu və Qarabağla bağlı prosesləri ümumilikdə mənfi və ehtiyatla qarşılayır. Sosial şəbəkələrdə "yenə Şuşidə təbliğat", "işğalın leqallaşdırılması" və "Qarabağın itirilməsi" kimi ifadələrə tez-tez rast gəlinir. Prezidentin enerji təchizatı ilə bağlı açıqlamaları bəzi istifadəçilər tərəfindən "məcburi asılılıq", digərləri tərəfindən isə "reallığın qəbul edilməsi" kimi təqdim edilib. Qarabağdan köçmüş ermənilərin geri qayıdışı ilə bağlı məsələlər isə xüsusilə emosional reaksiyalara səbəb olub.  Ümumilikdə sosial şəbəkələrdə tənqidi mövqe üstünlük təşkil edir.

Apardığımız monitorinqlər göstərir ki, erməni mediası 13 iyulu selektiv şəkildə işıqlandırır. IV Şuşa Qlobal Media Forumu və Qarabağın yenidən qurulması prosesi əsasən "təbliğat" kontekstində ictimaiyyətə yeridilir. Erməni ictimaiyyəti isə bu proseslərə şiddətli narahatlıq və tənqidi yanaşma nümayiş etdirir.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Bütün Xəbərlər