PGMOL karyeranı məhv etməkdə ittiham olunur

PGMOL karyeranı məhv etməkdə ittiham olunur
15.11.2025 14:59

Keçmiş FIFA hakimi və hazırda İngiltərə hakimlər korpusunun (PGMOL) rəhbəri olan Hovard Uebb məhkəmə qarşısına çıxacaq. 

TodayPress TV The Sun nəşrinə istinadən xəbər verir ki, buna səbəb təşkilatın qadın hakimlərdən birinin karyerasını məhv etməkdə ittiham olunmasıdır. 

Şikayəti qadınlar arasında Superliqa (WSL) üzrə keçmiş hakim Liza Benn verib. Məlumata görə, PGMOL onu 2023-cü ildə keçirilən kişi turniri zamanı Premyer Liqanın sabiq yan xətt hakimi Stiv Çayld tərəfindən fiziki zorakılığa məruz qaldığı və hədələndiyi barədə şikayət etdikdən sonra oyunlardan kənarlaşdırıb.

Şikayətin ardından Benn FIFA hakimləri siyahısındakı yerini və PGMOL-dan aldığı illik 20 min funt sterlinq məvacibini itirib.

Liza Benn iddia ərizəsində birbaşa ayrı-seçkiliyə, təzyiqə və ədalətsiz şəkildə işdən uzaqlaşdırılmaya görə kompensasiya tələb edir.

Hovard Uebb məhkəmədə İngiltərə hakimlər korpusunu təmsil edərək ifadə verəcək.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 Bütün Xəbərlər