Zidan təyinatı ilə bağlı bütün detallar üzə çıxdı

Zidan təyinatı ilə bağlı bütün detallar üzə çıxdı
29.07.2026 08:07

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın milli komandanın baş məşqçisi təyin olunmasının təfərrüatlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, federasiya rəhbəri bu barədə FFF-nin rəsmi saytına danışıb.

Diallonun sözlərinə görə, Didye Deşam 2025-ci ilin yanvarında dünya çempionatından sonra komandadan ayrılacağını açıqladıqdan sonra federasiya Zidanla danışıqlara başlayıb.

“Didye Deşam 2025-ci ilin yanvarında dünya çempionatından sonra işini davam etdirmək istəmədiyini bildirdikdən sonra görünməmiş vəziyyət yarandı. Mən artıq 2025-ci ilin fevralında Zinəddin Zidanla görüşdüm. Bundan sonra onun milli komandaya gəlişini mərhələli şəkildə hazırlamaq üçün daha bir neçə dəfə görüş keçirdik”, – deyə Diallo bildirib.

FFF prezidenti vurğulayıb ki, bu razılıq həm Zidanın Fransa millisini çalışdırmaq arzusu, həm də federasiyanın nüfuzlu və azarkeşlərin dəstəklədiyi mütəxəssisi komandaya gətirmək istəyi nəticəsində əldə olunub.

Qeyd edək ki, Fransa Futbol Federasiyası iyulun 28-də 54 yaşlı Zinəddin Zidanla müqavilə imzalandığını rəsmən açıqlayıb. Tərəflər arasında bağlanan anlaşma 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq.

Namiq HUN

XƏBƏR LENTİ
29 IYUL 2026
Dünya çempionunun transferi iflasın bir addımlığındadır 09:32 Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı 09:22 Bu günün valyuta məzənnələri 09:21 “Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj 09:17 Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı 09:11 Gecə Yaxın Şərqdə nələr baş verdi? – Bazalar vuruldu -VİDEO 08:57 Almaniya mundial arzusu üçün hərəkətə keçdi 09:02 Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu 08:43 Ukrayna Rusiyanın logistika ürəyini vurdu - VİDEO 08:30 Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI 08:35 Zidan təyinatı ilə bağlı bütün detallar üzə çıxdı 08:20 Milyonlarla insan risk altındadır - BMT-dən qorxudan proqnoz 01:42 Dünyanın ən ağıllı şəhərləri açıqlandı 01:38 Pekin riskə getmədi: Husilərdən xüsusi icazə aldı 01:33 Ölümcül virus yayılır: Çilidə fövqəladə sanitariya həyəcanı elan edildi 01:28 Keniyada tapılan 1,4 milyon illik ayaq izləri alimləri təəccübləndirdi 00:52 Tarixdə ilk dəfə: Apple inanılmaz həddi keçdi 00:38 Hörmüz boğazı ilə bağlı yeni açıqlama: Pul söhbəti olmayıb 01:13 Ağdamdakı yanğın davam edir - VİDEO 01:05 Lukaşenkonun qapısını bu dəfə Ukrayna prokurorluğu döyür 01:00 16 yaşadək uşaqlar üçün sosial şəbəkələr bağlanacaq? Prezidentin köməkçisindən cavab 00:23 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi 23:43 “Vurdun, heç olmasa pulunu ödə” - İran kompensasiya tələb edir 23:27 Tramp ən yaxın adamlarını Rusiyaya göndərir 23:15 Rusiyada səfərbərlik olacaq? - Rəsmi cavab verildi 23:04 Bütün Xəbərlər